Məhkəmə qərarları › İş №2(011)-6049/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6049/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6049/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum atası xx.xx.1937-ci il təvəllüdlü X7 xx.xx.1994-cü il tarixdə qəflətən vəfat etmişdir. Həmin dövrlərdə ərizəçi könüllü olaraq 1-ci Qarabağ müharibəsində iştirak edirdi. Ərizəçi atası Məmməd Zeynalovun vəfat etməsi xəbərini alan kimi dərhal Bakı şəhərinə gəlib dəfn işləri ilə məşğul olmuşdur. Dəfn işləri bitdikdən sonra yenidən Qarabağa öz xidməti vəzifəsini davam etmək üçün geri qayıtmışdır. Ərizəçi 1999cu ilədək Qarabağda zabit olaraq kapitan rütbəsilə xidməti bitirmişdir. 2021-ci il tarixdə ərizəçinin anası vəfat etmişdir. Anasına məxsus Bakı şəhəri General Mehmandarov küçəsi, ev 15-də yerləşən 7 nömrəli mənzil onun vəfatınnan sonra vərəsə kimi heç kəsin adına qeydiyyatdan keçməmişdir. Ərizəçi 2024-cü il tarixdə vərəsə kimi sözügedən mənzilə dair vərəsəliyi almaq üçün Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariata müraciət etmişdir. Lakin, atası Məmməd Zeynalovun xx.xx.1994-cü il tarixdə vəfat etməsinə baxmayaraq ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən Notariat tərəfindən vərəsəliyə dair ərizəçinin müraciətinə imtina verilmişdir. Bu səbəbdən Ölüm haqqında şəhadətnamə alınması üçün Xətai rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adma ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, atası xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X13 tərəfindən Ərizəçi ünvanlanmış 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X8 barədə araşdırma aparılmış, xx.xx.1937-ci il təvəllüdlü X7 xx.xx.1994-cü il tarixində İnstitutda müalicə alması və vəfat etməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Məlum olmuşdur ki, İnstitutda 1990-1995-ci ilə qədər olan arxiv sənədləri, istilik borusunun sıradan çıxması nəticəsində baş vermiş su basmadan yararsız və oxunmaz hala düşdüyünə görə, aktlaşdırılaraq arxiv idarəsinin iştirakı ilə ləğv edilmişdir. İş materiallarında olan İİİ-CЛ seriyalı, 396064 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur, atası X7, anası isə X5r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 iyun 2024-cü il tarixli, 3-16-5/8-15-Z-15-841 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi xahiş olunmuşdur. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X6 xx.xx.1994-cü il tarixdə Mehdiabad qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 14 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X7 və X2 nikahı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1974-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1974-cü ildə 281 №-li akt qeydi ilə Nərimanov rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə Zeynalov arvada Alməmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 27 dekabr 1937-ci il təvəllüdlü X4 20 aprel 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X4 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 27 dekabr 1937-ci il təvəllüdlü X4 20 aprel 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar