Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6068/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin arvadı xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinin dərzi emalatxanasının qarşısında qəflətən özünü pis hiss etmiş, təcili tibbi yardım stansiyasının 6 saylı bölməsi çağırışa gəlsə də, arvadının həyatını xilas etmək mümkün olmamış və “Həkimə qədər ölüm. Qadın cinsinə məxsus meyid” diaqnozu qoyulmuşdur. Mərhum xx.xx.2022-ci il tarixdə Masallı rayonu Böyük Xocavar kənd qəbristanlığında dəfn edilmiş, bu barədə Masallı rayonu Banbaşı Bələdiyyəsi tərəfindən arayış verilmişdir, eyni zamanda bütün dəfn xərcləri ərizəçi tərəfindən ödənilmişdir. Bundan əlavə, ölüm hadisəsinin baş verdiyi yer üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmış və Bakı şəhəri Nizami rayon prokurorluğunun böyük müstəntiqi X7 xx.xx.2022-ci il tarixdə X4 beyin insultundan vəfat etdiyindən, ölümündə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün arvadı xx.xx.1965-ci il təvəllüdlü X3 qeydiyyatda olduğu 7 nömrəli Şəhər Poliklinikasına müraciət etsə də, oradan ölümün səbəbi bilinmədiyi üçün, həmçinin mərhum evdə vəfat etmədiyindən müraciətinə imtina cavabı verilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 15958004 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X1 6 saylı bölməsinin xx.xx.2022-ci il tarixli 6/88 nömrəli arayışından görünür ki, X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05-1082/75 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Masallı rayonu Banbaşı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildə vəfat etmiş və Masallı rayonu Xocavar qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 7 nömrəli şəhər poliklinikasının arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Laçın Ticarət Mərkəzində rəhmətə getmişdir. Ölüm səbəbi bilinmədiyindən ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, X3 ölümündə hər hansı şəxsin qəsd və ehtiyyatsızlıq formasında təqsiri müəyyən edilmədiyindən, həmçinin beyin insultundan ölməsi müəyyən edildiyindən toplanmış 515C-22 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Mərhum ərizəçinin həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir, Masallı rayonu Xocavar kəndində dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Masallı rayonu Xocavar kəndində dəfn edilmişdir. Mərhumun Bakı şəhərində keçirilən yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 16 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-6068/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6068/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver