Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6101/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 2(011)-4678/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat tutulmuş alimentin, qaldırılaraq xx.xx.2023-cü il tarixdən hesablanaraq hər bir uşağa 190 manat olmaqla cəmi 380 manat alimentin Maraqlı şəxs alınaraq ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayır. Maraqlı şəxs ilə birgə ailə həyatlarından 03 yanvar 2015-ci ildə X3 və 07 yanvar 2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində mediator X4 iştirakı ilə bağladıqları xx.xx.2023-cü il tarixli, MŞQ/1-00474 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs onunla birgə nikahlarında doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6ma 2(011)-4678/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat kəsilmiş alimentin, qaldırılaraq xx.xx.2023-cü il tarixdən hesablanaraq hər bir uşağa 190 ( bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat alimentin Maraqlı şəxs alınaraq ona verilməsinə razılıq vermişdir. Lakin, Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, 03 may 2025-ci il tarixdə sonuncu dəfə ödəniş etmişdir. Maraqlı şəxs yetkinlik yaşma çatmamış uşaqları üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. Tərəflərin izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 1 saylı X2 barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərt barəsində razılaşmışdırlar:
1. İkinci tərəf Maraqlı şəxs, Birinci tərəf Ərizəçi ilə birgə nikahlarından doğulmuş, xx.xx.2015 ci tarixli X3 və xx.xx.2018 -ci il tarixli X1 2(011)-4678/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsində, hər ay hər bir uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 ( üç yüz iyirmi) manat kəsilmiş alimentin, qaldırılaraq xx.xx.2023 tarixdən hesablanaraq hər bir uşağa 190 (yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsinə razılıq verir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi
355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
Maddə 355-24. Ərizənin məzmunu
Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi
355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması
355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“Mediasiya haqqında” Qanun
Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə iştirak edən şəxsin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış barışıq sazişinin məzmunun təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - İkinci tərəf Maraqlı şəxs, Birinci tərəf Ərizəçi ilə birgə nikahlarından doğulmuş, xx.xx.2015 ci tarixli X3 və xx.xx.2018 -ci il tarixli X1 2(011)-4678/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsində, hər ay hər bir uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 ( üç yüz iyirmi) manat kəsilmiş alimentin, qaldırılaraq xx.xx.2023 tarixdən hesablanaraq hər bir uşağa 190 (yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsinə razılıq verir. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova