Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6160/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X3 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə olan barışıq sazışinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Maraqlı şəxs ilə birgə nikahından 2 övladı anadan olmuşdur. Ailə qurduğu vaxtdan münasibətləri normal olsa da, hal-hazırda münasibətləri pozulmuş və ayrılmışlar. O, Maraqlı şəxs qarşı nikahın pozulması, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilmiş və aralarında barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində olmaqla aliment ödəməyə razı olduğuna dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs ödəməli olduğu alimenti ödəməkdən imtina etmişdir. Birgə nikahdan olan uşaqlarının saxlanılması üçün Maraqlı şəxs qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X7 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 530722 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Məhərrəmova (Dadaşova) Lamiyə Cabbar qızı arasında bağlanmış nikah 4 dekabr 2024-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikaha 30 yanvar 2025-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Maraqlı şəxs, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 sentyabr 2024-cü il tarixli, MŞB/9/2024-01188 nömrəli barışıq sazişindən görünür ki, Tərəf 1 (Maraqlı şəxs) və Tərəf 2 (Ərizəçi) öz aralarında razılaşırlar ki, tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilməsi məqsədi ilə tərəflərdən biri müvafiq rayon məhkəməsinə müraciət edəcək. Digər tərəf nikaha xitam verilməsinə dair iddia tələbini qəbul edir və prosesin uzanmaması üçün adekvat addımlar atacaq; birgə nikahdan doğulmuş övladları X6 (xx.xx.2013) və X5 (xx.xx.2018) İkinci Tərəfin yanında qalacaq; Birinci Tərəf övladları X6 və X1 üçün hər uşağa görə ayda 150 manat, ümumilikdə 300 manat alimenti İkinci Tərəfə ödəyəcək. Azərbaycan Respuiblikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. Birinci Tərəf alimenti hər ay İkinci Tərəfin bank hesabına köçürəcək; Birinci Tərəf övladları ilə həftədə azı iki dəfə uşaqların günlük rejimini pozmamaq şərtilə görüşəcək. Göründüyü kimi Maraqlı şəxs, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində 20 sentyabr 2024-cü il tarixli, MŞB/9/2024-01188 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Məhərrəmov Maraqlı şəxs Lamiyə Cabbar qızı ilə birgə nikahdan doğulmuş övladları 2 aprel 2013-cü il təvəllüdlü X4 və 9 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün ayrılıqda 150 manat, ümumilikdə 300 manat aliment məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməli, X3, X7 və mediator X10 arasında mediasiya prosesi nəticəsində bağlanmış 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli Barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3cü maddəsində nəzərdə tutulmuş ərizənin baxış həddləri nəzərə alınaraq, ərizə “Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsi” hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs, Ərizəçi və mediator X8 arasında mediasiya prosesi nəticəsində bağlanmış 20 sentyabr 2024-cü il tarixli, MŞB/9/2024-01188 nömrəli Barışıq sazişi aliment hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “Birinci tərəf” Maraqlı şəxs övladları X6 və X1 üçün hər uşağa görə ayda 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimenti “İkinci tərəf” Ərizəçi ödəyəcək. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova