Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6178/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi X7 kızının Maraqlı şəxs iştirakları ilə Ərizəçi X7 kızının Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir.
2. Ərizəçi X7 kızı nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi, aliment, uşaqla ünsiyyət və əmlak bölgüsü ilə bağlı ilkin mediasiya sessiyası keçirilməsi və barışığın əldə edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etmişdir. Daha sonra tərəflər arasında nikah pozulsa da hazırda barışıq sazişinin alimentlə bağlı hissəsi maraqlı şəxs tərəfindən icra edilmir. Ərizəçi bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
Ərizəçinin tələbi:
3. Ərizəçi X7 kızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00002 nömrəli barışıq sazişinin “Maddə 4.1. Yəhyayev X6 Zarina ilə birgə nikahlarından doğulan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 kızı öz izahatında bildirmişdir ki, bağlanmış barışıq sazişinə əsasən aliment ödənilməlidir, lakin hazırda Maraqlı şəxs aliment ödəmir. Məhkəmədən tərəflər arasında bağlanmış barışıq sazişinin alimentlə bağlı olan 4.1-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs öz izahatında bildirmişdir ki, aliment ödəməyə heç bir etirazı yoxdur. Hətta barışıq sazişində nəzərdə tutulan digər şərtləri artıq yerinə yetirmişdir. Lakin hazırda Xətai Rayon Məhkəməsində atalığın müəyyən edilməsi barədə işə baxılmaqdadır, əgər müəyyən edilərsə ki, uşaq həqiqətən onundur, o halda alimentin ödənilməsinə etiraz etməyəcək və alimenti ödəyəcəkdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZ-İV 076922 №li Doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2018-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs, anası X3r.
8. MŞB/8/2024-00002 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, “4.1. Yəhyayev X6 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək”.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1803/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən, Maraqlı şəxs ilə X5 arasında xx.xx.2016-cı il tarixdə 4315 nömrəli akt qeydi ilə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.
10. AZ- İ 489006 №li Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən Maraqlı şəxs ilə Zakirova Zarina arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1803/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
11. xx.xx.2024-cü il tarixli qəbzə əsasən ərizəçi X7 kızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını, tərəflərin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
16. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin “4.1. Yəhyayev X6 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək” hissəsində təsdiq edilməsidir.
17. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin qeyd edilən bəndlərini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 4.1-ci bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.
18. Beləliklə, məhkəmə Barışıq sazişinin “4.1. Yəhyayev X6 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. X7 kızı və Maraqlı şəxs arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı bəndi bu məzmunda təsdiq edilsin: “4.1. Yəhyayev X6 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək”
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova