Məhkəmə qərarları › İş №2(011)-6184/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6184/2023

12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6184/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, X1 iştirakı ilə Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1978-ci ilin sentyabr ayının 11-də Bakı şəhərində anadan olmuş və 21 aprel 2022-ci il tarixdə yaşadığı evində kəskin ürək çatışmazlığından vəfat etmiş X4 ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1978-ci il təvəllüdlü X4 Bakı şəhərində xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş X6 yaşadıqları ünvanda xx.xx.2022-ci il tarixdə kəskin ürək çatışmazlığından vəfat etmişdir. Həmin tarixdə ərinin ölümü ilə əlaqədar təcili tibbi yardım stansiyasına müraciət etmiş və təcili tibbi yardım xidmətinin 7 saylı briqadası ərinin ölüm faktını qeydə alaraq bu barədə xx.xx.2022-ci il tarixli 01462 saylı xəbərdarlıq vərəqəsi verilmişdir. Ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə onun cənazəsi Bakı şəhəri Nizami rayonu, M.Ə1iyev küçasi 1 ünvanda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Bu barədə Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/300 saylı, xx.xx.2022-ci il tarixli arayışını ərizəsinə əlavə edir. xx.xx.2022-ci il tarixdə ərizəçi 2 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat Şöbəsinə müraciət edərək ərinin ölümü barədə şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin həmin qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli, 05/975/75 saylı məktubla, ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Ölüm haqqında şəhadətnamə ona ərindən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən ötrü lazımdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək və izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş üzrə maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/975/75 №-li cavab məktubundan görünür ki, şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmasını məsləhət görmüşlər. Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 21 aprel 2022-ci il tarixdə, saat 20:19-da F.Ramazanov, ev 5, mənzil 37 ünvanına X2 adına çağırış olmuş və kişi cinsli meyit aşkar edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1978-ci il tarixdə Bakı rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixində ünvan 5 ünvanında yerləşən qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, X6 ərizəçinin həyat yoldaşıdır, ərizəçi ilə 20 ildir tanışdırlar. Dmitriy öləndən sonra ərizəçi Timura zəng vurmuşdur, bundan sonra onlar ərizəçinin yaşadığı mənzilə getmişlər və evə gəldildə Dmitriy artıq ölmüşdür. Bu hadisə 2022-ci il aprel ayında Bakı şəhərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi ilə bir yerdə işləyirlər. Dmitriy yoldaşının dalıyca gələndə ünsiyyətləri yaranmışdır. Ərizəçi ona zəng vuraraq ərinin ölməsini bildirmişdir. Yarım saat keçdikdən sonra onlara getdikdə X6 artıq ölmüşdür. Hadisə 2022-ci ilin aprel ayında Bakı şəhərində olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsi və vəkilini izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahid ifadələri və işin digər materialları ilə xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar