Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6200/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Əhmədova Samı̇ rə Zaman qızının maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “şəxsin ölüm faktının məyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Tərtər qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin mövqeləri: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, ölüm faktının müəyyən olunması ölüm haqqında şəhadətnamənin və dəfn pulunun alınması məqsədilə lazımdır. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şəxsin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, X2 müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, ona “mülayim ifadə olunmuş kəmağıllıq, imbesillik dərəcəsində nitq və davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyası PHŞ-nin xx.xx.2025-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:20 radələrində təcili tibbi yardım briqadası gələn zaman ünvan 3 ünvanında qeydiyyatda olan X1 həkimə qədər ölümünün baş verdiyi məlum olmuşdur. Azərbaycan Respublikası TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 38 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 18-1-1-44/2-130/2025 saylı arayışına əsasən X1 poliklinikaya müraciət etməməsi və ambulator karta, ölümə səbəb olan təsdiqlənmiş diaqnozu olmaması əsas gətirilərək onun adına ölüm haqqında tibbi şəhadətnamənin (Forma 106) verilməsindən imtina edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-Ə-15-1311 nömrəli məktuba əsasən X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tərtər Rayonu Tərtər Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 118 nömrəli arayışa əsasən X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İşin müəyyən edilən halları: Ərizəçi mərhum X1 anasıdır. X3 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyası PHŞ-nin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 21:20 radələrində X1 həkimə qədər ölümünün baş verdiyi müəyyən edilmişdir. 38 nömrəli şəhər poliklinikası tərəfindən X1 poliklinikaya müraciət etməməsi, ambulator karta, ölümə səbəb olan təsdiqlənmiş diaqnozun olmaması əsas gətirilərək onun adına ölüm haqqında tibbi şəhadətnamənin (Forma 106) verilməsindən imtina edilmiş, Bakı şəhəri Maraqlı şəxs də öz növbəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin qızının ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin və ölümlə bağlı müavinatın alınması məqsədi ilə övladı X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydası: Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2025-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir. Baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquqmüəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Məhkəmə hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2025-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-6200/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6200/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver