Məhkəmə qərarları › İş №2(011)-6248/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6248/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6248/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X2 övladıdır. X7 xx.xx.1942-ci il tarixdə Masallı rayonunda doğulmuşdur.

2. Bakı şəhəri Təcili və X6 Stansiyası PHŞ-nin 11 saylı Yardımçı stansiyasının sahə həkimi tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 11:20 radələrində ünvan 1 ünvanında yerləşən mənzildə X3 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. X1 rayon, Qızılağac kənd qəbirstanlığında dəfn olunmuşdur (Masallı rayon Qızılağac kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndələyində xx.xx.2024-cü il tarixli, 424 saylı Arayışı).

4. Ərizəçi atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 7 nömrəli Poliklinikasının xx.xx.2024-cü il tarixli, arayışla X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma), verilməsindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- Ə-15-1073 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi xx.xx.1942-ci il tarixdə doğulmuş atası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum X5 xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə qəflətən yaşadıqları ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Masallı rayon qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atasının adına ölüm haqqında şəhadətnamə verilmədi.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

8. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

9. Maraqlı şəxs Bakı şəhər Xətai rayon Qeydiyyat məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid X12 izahat verərək bildirdi ki, ərizəçi onun qonşusudur, ərizəçinin atasını da tanıyırdı. Təvəkkül Abuşov 2024-cü ilin yay aylarında vəfat etmişdir. X9 rayonunda dəfn olunub.

11. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirdi ki, ərizəçi onun dostudur. Ərizəçinin atasını yaxından tanımırdı. 2024-cü ilin may ayında işə gələn zaman bildirdilər ki, ərizəçinin atası vəfat edib. Ərizəçinin atası rayonda dəfn olunduğundan, dəfn mərasimində iştirak etməyib.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

13. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

15. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

17. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X5 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

19. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar