Məhkəmə qərarları › İş №2(011)-6273/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6273/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6273/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1970-ci il təvəllüdlü atası X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X6 xx.xx.2024-cü il tarixində dünyasını dəyişmişdir. Belə ki, atası dünyasını dəyişmədən öncə, yəni vəziyyət ağırlaşdıqda dərhal Təcili və X2 Stansiyası çağırılmış, xəstənin vəziyyəti barədə xəbardar edilmişdir. Lakin Təcili və X2 Stansiyası tərəfindən müayinə olunarkən qəflətən kliniki ölüm baş vermiş, bir sıra tədbirlərə baxmayaraq saat 04:40-da bioloji ölüm hadisəsi baş vermişdir. Buna görə də, Təcili və X2 Stansiyasının 7 saylı yardımçı stansiya briqadası tərəfindən atası X3 xx.xx.2024-cü il tarixində ölməsinə dair ölüm haqqında xəbardarlıq vərəqəsi verilmişdir. X6 xx.xx.2024-cü il tarixində Xətai rayonu, Cavanşir küçəsində yeləşən qəbirstanlıqda dəfn olunmuşdur. Ərizəçi atasının dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyətı üzrə müvafiq orqana müraciət etmək qərarına gəlir. Buna görə də Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X8i 38 nömrəli şəhər poliklinikasına müraciət etsə də, xx.xx.2024-cü il tarixli 153 saylı cavaba əsasən mərhum atası X4 dair ölüm haqqında sənəd (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra atasına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-8xx-xx/2024 saylı cavaba əsasən, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Sənədin alınması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin atasının dostu olub. Onları uzun müddətdir ki, tanıyır. Bir ailə kimi olmuşlar. Mərhumun yas mərasimlərində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş AğaHüseynov AğaHüseyn Yarı oğlu ifadəsində göstərmişdir ki, o, ərizəçinin atasının dostu olub. Rauf öldükdən sonra onun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X8 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X8 38 nömrəli şəhər poliklinikasının 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan Təcili və X1 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, tibbi yardım X3 yanına gəldikdə onu müəyinə etmiş, qəflətən kliniki ölüm baş verdiyi üçün ona ürəyin qapalı masajı edilmiş, lakin xəstənin bioloji ölümü bas vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar