Məhkəmə qərarları › İş №2(011)-6283/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6283/2025

14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6283/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1954-cü il tarixdə Belarus Respublikasının Qrodno vilayətinin Smorqon şəhərində anadan olmuş, milliyətcə belarus olan X3 - xx.xx.2020-ci il tarixdə saat 18:10-da Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən X18 "kəskin peroral etanolla zəhərlənmə" səbəbindən vəfat etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Mən Mustafayeva (Duplixina) Anastasiya Qriqoryevna xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşam, Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim doğumum xx.xx.1976-cı il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən 3920 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq mən doğum haqqında şəhadətnamə ilə təmin edilmişəm. Doğum haqqında şəhadətnaməmi itirdiyim üçün xx.xx.1993-cü il tarixdə doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişəm. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1974-cü il təvəllüdlü X7 ilə nikaha daxil olmuşam. Nikaha daxil olduqdan sonra mənə ərimin soyadına uyğun olaraq "Mustafayeva" soyadı verilmişdir. Anam X9 xx.xx.1954-cü il tarixdə Belarus Respublikasının Qrodno vilayətinin Smorqon şəhərində doğulub, o, milliyətcə belarus olub. Anamın hansı ölkənin vətəndaşı olması barədə məlumatım yoxdur. Anam alkoqolizmdən əziyyət çəkirdi. O, xx.xx.2020-ci il tarixdə huşsuz vəziyyətdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində tapılaraq 1 saylı X22 aparılmış və elə həmin gün də - xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 1 saylı X18 vəfat etmişdir. Vəfat etdikdən sonra onun meyiti ekspertiza olunması məqsədilə "Məhkəmə X26 X10" PHŞ-nin Bakı şəhəri Xəzər rayon Şöbəsinə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə anam X3 ölümü ilə bağlı "Məhkəmə X26 X10" PHŞ-nin Bakı şəhəri Xəzər rayon Şöbəsində məhkəmə tibbi ekspertizası keçirilmişdir. Anam X3 meyiti xx.xx.2020-ci il tarixdə dəfn edilməsi üçün Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Cəfər Cəbbarlı küçəsində yerləşən qəbiristanlığa aparılıb orada dəfn edilib. X19 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulub. O, Azərbaycan Respublikasının vətəndaşı olub. Bacım xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat edib. X16 Qriqoryeviç 1978-ci ildə (doğum gününü və ayını bilmirəm) məndə olan məlumata görə Bakı şəhərində doğulub. Qardaşımı təxminən 1989cu ildə atam özü ilə Rusiyaya aparıb. Qardaşımın hansı ölkənin vətəndaşı olması barədə məlumatm yoxdur. Qardaşım təxminən 2017-ci ildə Rusiya Federasiyasında vəfat edib. X17 Vitalyeviç xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulub. Onun doğumu xx.xx.1987ci il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən 469 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq qardaşım doğum haqqında şəhadətnamə ilə təmin edilib. Daha sonra doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən AZ-İ seriyalı, 477401 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilib. Qardaşımın heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Artıq qardaşımın 38 yaşı var, lakin onun şəxsiyyətini və hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. O, heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda qardaşım vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülüb. 2021-ci ilin avqust ayında qardaşım Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. DMX onun müraciətinə xx.xx.2021-ci il tarixli, ******* nömrəli məktubla cavab olaraq bildirmişdir ki, onun vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı icraatın davam etdirilməsi üçün qardaşım valideynlərinin şəxsiyyətini təsdiq edən sənədi də təqdim etməlidir. Lakin qardaşımın doğumu qeydə alınan zaman atalığı müəyyən edilməyib, atası barədə məlumatlar anamızın göstərişi üzrə yazılıb. Anamız X17in yeganə valideynidir. Bu halda o, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədilə icraatın davam etdirilməsi üçün DMX-yə yalnız anamızın şəxsiyyətini təsdiq edən sənədini təqdim etməlidir. Anamız isə vəfat etdiyi üçün DMX-yə anamızın ölüm haqqında şəhadətnaməsini təqdim etməlidir. Lakin yuxarıda da qeyd etdiyim kimi, vəfat edən zaman anamın şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmayıb. X17 Vitalyeviç "Məhkəmə - X26 X10" PHŞ-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət edərək xx.xx.1954-cü il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində vəfat etmiş, vəfat etdikdən sonra müayinə olunması üçün meyiti "Məhkəmə X26 X10" PHŞ-nin Xəzər rayon Şöbəsinə təqdim edilmiş anam Timofeyevnanın ölüm faktını, vaxtını, yerini və səbəbini təsdiq edən sənədin ölüm haqqında Duplixina Sofiya tibbi şəhadətnamənin ona təqdim edilməsini xahiş etdi. Həmin müraciətə "Məhkəmə X26 X10" PHŞ-nin Xəzər rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 26 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, anamın şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun adına X14 Sistemində "Ölüm haqqında tibbi şəhadətnamə" tərtib etmək mümkün deyil. Mən "X24" PHŞ-yə müraciət edərək xx.xx.1954-cü il tarixdə Belarus Respublikasının Qrodno vilayətinin Smorqon şəhərində anadan olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində 1 saylı X18 vəfat etmiş anam X3 ölüm faktını, vaxtını, yerini və səbəbini təsdiq edən sənədi -ölüm haqqında tibbi şəhadətnamənin mənə təqdim edilməsini xahiş etdim. "X24" PHŞ xx.xx.2025-ci il tarixli, 18-1-2/2-M-500-42-400/2025 nömrəli məktubu ilə mənim müraciətimi aşağıdakı kimi cavablandırmışdır: ərizədə göstərdiyiniz tarixə uyğun tarixdə yəni xx.xx.2025-ci il tarixdə saat 11:10-da 10 saylı TTYS müşayətilə Xəzər rayonu Mərdəkan stansiya bazarı ünvanından X20 toksikologiya şöbəsinə "kəskin alkoqol zəhərlənməsi" diaqnozu ilə təxminən 65 yaşlarında naməlum qadın gətirilmişdir. Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstədə xx.xx.2020-ci il tarixdə saat 18:10-da bioloji ölüm baş vermişdir. Hadisə barəsində Xəzər RPİ-nin 1-ci PB-nə serjant Məmmədova məlumat verilmişdir. Naməlum qadının meyiti isə təşrihə göndərilmişdir". Mən Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət edərək xx.xx.1954-cü il tarixdə Belarus Respublikasının Qrodno vilayətinin Smorqon şəhərində anadan olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində vəfat etmiş milliyətcə belarus olan anam X3 ölümünün qeydə alınmasını və onun adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etdim. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-890/25 nömrəli məktubu ilə mənim müraciətimi aşağıdakı kimi cavablandırmışdır: "............Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur". Sonda ərizəçi ərizənin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1976-cı il tarixli, 3920 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1976-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, onun atası X8, anası isə X5muşdur. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-890/25 nömrəli məktubdan görünür ki, Xəzər rayon Qeydiyyat şöbəsi X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan "X24" X25 tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 18-1-2/2-M-500-42-400/2025 nömrəli məktubdan görünür ki, sizin xx.xx.2025-ci il tarixdə X22 ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, ərizədə göstərdiyiniz tarixə uyğun tarixdə yəni xx.xx.2025-ci il tarixdə saat 11:10-da 10 saylı TTYS müşayətilə Xəzər rayonu, Mərdəkan stansiya bazarı ünvanından X20 toksikologiya şöbəsinə "Kəskin alkoqol zəhərlənməsi" diaqnozu ilə təqribən 65 yaşlarında naməlum qadın gətirilmişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2020-ci il tarixdə saat 18:10-da bioloji ölüm baş vermişdir. Hadisə barəsində Xəzər RPİ-nin 1-ci PB-nə serjant Məmmədova məlumat verilmişdir. Naməlum qadının meyidi isə təşrihə göndərilmişdir. İş materiallarında olan “Məhkəmə-X26 X10" X25 tərəfindən X11 göndərilmiş xx.xx.2025-ci il tarixli, 26 nömrəli məktubdan görünür ki, sizin yazılı ərizıənizə cavab olaraq bildirir ki, Xəzər rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas Tərlan Alıyev xx.xx.2020-ci il tarixdə, C-460/20 saylı qərarı əsasında "X24"dən Naməlum qadın meyiti məhkəmə-tibb müayinəsi üçün “Məhkəmə-X26 X10" Publik Hüquqi şəxs üzrə Xəzər rayon şöbəsinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə meyitin məhkəmə-tibb müayinəsi Xəzər rayon şöbəsinin məhkəmə-tibb eksperti Yusif Surətov tərəfindən aparılmışdır. Meyitin xarici və daxili müayinəsi aparılmışdır. Meyitdən müvafiq laborotor analizlər götürülmüşdür. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X13, icraatımda olan 465-C-20 nömrəli yoxlama materialı üzrə Azərbaycan Respublikası CPM-nin 85, 240.2.6 və 241-ci maddələrinin tələblərinə riayət etməklə həmin protokolu tərtib edirəm ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-X26 X10"nin Xəzər rayon şöbəsinin meyitxanasında X6 təqdim olunmuş meyit ilə tanış olaraq bildirdi ki, həmin meyit onun xalası xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş X4 meyitidir. Onun ölümünə səbəb kəskin peroral (ağızdan) etanolla zəhərlənmə olmuşdur. Onun adına şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün "Ölüm haqqında tibbi şəhadətnamə" X14 Sistemində tərtib etmək mümkün deyil. Meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Pirallahı bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü vətəndaş X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Cəfər Cabbarlı küçəsində yerləşən qəbiristanlığda dəfn olunmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü vətəndaş X9 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Cəfər Cabbarlı küçəsində yerləşən qəbiristanlığda dəfn olunmuşdur. Ərizəçi mərhum X1r, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində "kəskin peroral etanolla zəhərlənmə" səbəbindən ölüməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar