Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6303/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İHakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X7, Maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1953-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X8 xx.xx.1953-cü il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Atası uzun müddət Bakı şəhəri, Xətai rayonu. Lütfi Zadə küçəsi, 18A saylı evin 41 saylı mənzilində qeydiyyatda olmaqla yaşasa da son 1 il ərzində Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində qeydiyyatsız ünvanda yaşamışdır. Həmin müddət ərzində atası qaraciyər serrozu xəstəliyi aşkar edilmişdir. X8 müalicə olunsa da bunun səmərəsi olmamış və o xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt X14 X1 Təcili və X4 Stansiyasının avtomobili ilə mərhum atasının nəşi Bakı şəhəri, ünvan 2 ünvanda X14 X1 Təcili və X4 Stansiyasının həkimləri tərəfindən verilmiş xəbərdarlıq vərəqəsində “kişi meyiti, zorakılıq əlamətləri yoxdur” kimi qeyd edilmişdir. Mərhum elə həmin gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. xx.xx.2022ci il tarixdə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş və həmin poliklinika tərəfindən verilmiş arayışa əsasən atası poliklinikanın xidməti ərazisində rəhmətə getmədiyi və son 1 il ərzində poliklinakaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 081955 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1953-cü il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1985-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6r. İş materiallarında olan X14 X1 Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, X8 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində Təcili və X4 gələnə qədər dünyasını dəyişmişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Bələdiyyəsinin 329 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və xx.xx.2022-ci il tarixində Sabunçu rayonu “Müsəlman Qəbristanlığı”nda dəfn olunmuşdur. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 638 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən X5 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 2786-05\15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında qeyd etmişdir ki, o, ərizəçinin qonşusu həm də dosudur. Eyni ünvanda qalırlar. Ərizəçinin mərhum atası uzun müddətir ki, qaraciyər serrozu xəstəliyidən əziyyə çəkirdi. İyulun axırlarında xəbər tutub ki, vəziyyəti ağırlşıb. Həmin vaxt mərhum Nabranda qalırmış. Mərhum avqustun 4-ü Nabranda rəhmətə gedib, nəşini Xətai rayonuna gətiriblər, Razin də isə dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında qeyd etmişdir ki, o, ərizəçinin qonşusu, həm də sinif yoldaşıdır. Ərizəçinin mərhum atasının xəstə olduğunu bilirmiş. Mərhum həm Bakıda, həm də Nabranda qalımış. İyul ayının axırlarında eşidib ki, mərhumun vəziyyəti ağırlaşıb, avqustun 4-də isə rəhmətə getmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixində Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6303/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6303/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver