Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6303/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01116 saylı barışıq sazişinin 2-ci bəndini təstiq etməklə, X2 üçün Cavabdeh hər ay 500 manat tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01116 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən birgə nikah dövründə doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 2024-cü ildən hər ayın 1-5 arasında aylıq 500 manat məbləğində vəsaiti Cavabdeh X4 ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və hər hansı bir məbləğdə aliment ödəmir. Tərəflərin izahatları: Ərizəçinin nümayəndəsi və vəkili məhkəmədə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01116 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:
1. Tərəflər onlar arasında xx.xx.2023-cü il tarixində 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 1397 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdır;
2. İİ tərəf onların birgə nikahında doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 (bundan sonra uşaq) İ tərəfinə yanında qalmasına razılıq verir;
3. İİ Tərəf - Cavabdeh uşağın saxlanması üçün 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə qədər 500 (beş yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öhdəsinə götürür;
4. Tərəflər bir-birinə qarşı hər hansı maddi və s. tələbin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı hər hansı tələblərin olmadığını və gələcəkdə də olmayacağını bəyan edir;
5. İlkin mediasiya xərcini (60 mana) və tam mediasiya xərcini (140 manat) İİ tərəf ödəyir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“Mediasiya haqqında” Qanun
Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə iştirak edən şəxsin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01116 saylı barışıq sazişinin məzmunun təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin həmin hissədə təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı Cavabdeh Barışıq Sazişinin müvafiq hissəsi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişinin aşağıda göstərilən hissəsi məhkəmə tərəfindən təsdiq edilməlidir: - İİ Tərəf-Cavabdeh uşağın (xx.xx.2022-ci il təvəllüdlü X3) saxlanması üçün 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə qədər 500 (beş yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024- 01116 saylı barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: - İİ Tərəf-Cavabdeh uşağın (xx.xx.2022-ci il təvəllüdlü X3) saxlanması üçün 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə qədər 500 (beş yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öhdəsinə götürür. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova