Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6321/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı 09 iyul 1975-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90, 89 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Qardaşı X2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90, 89 saylı mənzildə qeydiyyatda olmuş və onunla birlikdə yaşamışdır. Mərhum qardaşı X2 nevroloji xəstəlikdən əziyyət çəkirdir. Bir neçə dəfə müalicə olunmasına baxmayaraq xəstəliyi daha da ağırlaşmış və xx.xx.2023-cü ildə yaşadığı ünvanda Bakı şəhəri, Xətai rayonu, ünvan 1min dəqiqə növbətçi həkim çağırılmış və həkim gələndə mərhum qardaşı X2 yaşadığı ünvanda vəfat etmişdir. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Mərhum qardaşı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90, 89 saylı mənzildə qeydiyyatda olduğu üçün həmin arayışı 6 saylı Bakı “ASAN Xidmət” X5 ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmişdir, ölüm kağızı 3 gün müddətinə almadığından ölüm kağızı verməmiş və imtina etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 iyul 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası X7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 iyul 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası X7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası X7. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli Təcili və X6 Stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 avqust 2023-cü il tarixdə X2 üçün çağırış edilmiş, eyni gün saat 04:40-da kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçi X4 ünvanlanmış 09 avqust 2023-cü il tarixli, 3-16-5/8-15-1749/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qayda-nın 8.5-ci bəndinə, əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 09 iyul 1975-ci il təvəllüdlü X1 09 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 iyul 1975-ci il təvəllüdlü X1 09 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6321/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6321/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver