Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6359/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 22.12.2020-ci il tarixdə vəfat etməsi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 22.12.2020-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnaməni almamışdır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, həkim şəhadətnaməsi olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ölüm faktının yalnız məhkəmə tərəfindən müəyyən edilməsi qeyd dilmişdir. X1 vəfat etməsi faktı iddia ərizəsinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Deprtamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 21.06.2021-ci il tarixli arayışı, Təcili və X4 Stansiyasının ölüm aqqında xəbərdarlıq vərəqəsində öz əksini tapır, həmçinin bu faktı şahidlər də təsdiq də bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 ifadə verərək ərizədə göstərilənləri təsdiq etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZ seriyalı, 665081 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Əlibayramlı şəhərində anadan olmuşdur. Anası qrafasında X5 qeyd edilmişdir. Bakı şəhəri Təcili və X2 arayışından göründüyü kimi, 22.12.2020-ci il tarixdə saat 19:44 radələrində X3 adına ünvan 1 ünvanına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə qadın cinsli meyid aşkar olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Deprtamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 21.08.2021-ci il tarixli, 24 saylı arayışdan görünür ki, X5 23.12.2020-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs 22.07.2021-ci il tarixli, 2339-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi X1 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ərizənin təmin edilməsi mümkün olmamış və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi X1 22.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası, 01.03.1941-ci il təvəllüdlü X3 22.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6359/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6359/2021
24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver