Məhkəmə qərarları › İş №2(011)-6395/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6395/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6395/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı Ərizəçi ərizəyə dəqiqləşmə verərək, atası - X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X3 onun atasıdır, mərhum atası xx.xx.1951-ci ildə anadan olmuşdur, mərhum F.Q. Cəfərovun xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində halı pisləşdiyi üçün 103 xidmətinə zəng edərək təcili tibbi yardım üçün həkim göndərilməsini xahiş etmişlər, lakin təcili tibbi yardım gecikdiyindən məcburiyyət qarşısında qalıb atasını öz maşını ilə Masazır qəsəbəsindəki xəstəxanaya aparmışdır, lakin xəstəxana bağlı olduğundan onu X13 aparmışdır, xəstəxanaya çatdıqdan sonra tibb işçiləri atasını xərək vasitəsilə xəstəxanaya yerləşdirmiş, ilkin müayinədən sonra bildirmişlər ki, xəstə artıq dünyasını dəyişib, atasını ölümü ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə məlumat verilmişdir, sonra meyiti “İmam Zaman” məscidinə aparmışlar, daha sonra Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir, daha sonra ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamə verilməmişdir, bu səbəbdən də, məhkəməyə müraciət etməsindən başqa yolu qalmamışır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında xx.xx.1958-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun həyat yoldaşıdır, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, uzun müddət idi ki, ürəyində olan tibbi problemlərə görə dərmanlar qəbul edirdi, səhhəti o qədər pisləşmişdi ki, hətta yeriyə belə bilmirdi, onlar çöldə imişlər, birdən vəziyyətinin pisləşdiyini dedi, təyziqini ölçüb tez təcili tibbi yardıma zəng etmişlər, təcili tibbi yardım briqadası biraz gec gəldi, onlar özləri xəstəxanaya aparmışlar, onlar xəstəxanaya çatanda artıq onun mərhum həyat yoldaşı keçinmişdi, daha sonra mərhumun yuyulması üçün məscidə aparılmış və dəfn edilmişdir, dəfnində iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1987-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qaynatasıdır, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, daima ürəyindəki problemlərdən və ağrılardan şikayətlənirdi, onlar birlikdə ikən vəziyyəti anidən pisləşmiş, təcilli tibbi yardım çağırılsa da, vaxtında ünvana gəlmədiyindən mərhumu öz maşınları ilə xəstəxanaya çatdırmaq məcburiyyətində qalmışlar, mərhum xəstəxanaya çatdıqda artıq ölmüşdür, daha sonrasında mərhum dəfn edilmişdir. İş materiallarında olan JQ-Xİ seriyalı 376675 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixində, Ordubad şəhərində doğulmuşdur. Onun atası X3, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, xx/xx-2451 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət X11 Bölmələrini idarəetmə birliyi X12 xx.xx.2020-ci il tarixli 1504 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:10-da X7 toksikologiya şöbəsinin qarşısına meyit gətirilmiş, növbədə olan həkimlər A.Sadıqova və A.Məmmədovanın baxışından sonra X3, oğlu tərəfindən xəstəxanaya çatdırılarkən yolda ölüm baş verdiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli 551-Ş-20 saylı məktubundan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ürək çatışmazlığından vəfat etməsi ilə bağlı Nəsimi rayon prokurorluğunda hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi mərhum F.Q.Cəfərovun oğludur, onun atası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar