Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6411/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun atası 04 aprel 1953-cü il təvəllüdlü X4 02 iyul 2024-cü il tarixdə ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2zil 1) vəfat etmişdir. Həmin tarixdə ölüm hadisəsi “Bakı şəhəri Təcili və X6 Stansiyası” X7 təcili tibbi yardım briqadası tərəfindən təsdiq edilərək atasının ölümü haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X7 38 nömrəli Şəhər Poliklinikası atasının ölümü haqqında tibbi şəhadətnaməni verməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri Maraqlı şəxs tərəfindən atanın ölümü haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs imtinasına görə məhkəmədənkənar qaydada atanın vəfat etməsi faktının müəyyən edilməsi mümkün deyildir. Həmin fakt müəyyən etmədən ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. Ərizəçinin atası X2 vəfat etməsi faktının müəyyən edilməsi ərizəçi üçün atasının ölümü ilə əlaqədar hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və bir sıra hüquqi məsələlərin həll edilməsi üçün (atasının ərizəçinin mənzili üzrə qeydiyyatından çıxarılması və s.) lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, 04 aprel 1953-cü il təvəllüdlü X2 02 iyul 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Vİ-ЖГ seriyalı, 455397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1979-cu il tarixdə anadan olmuşdur, atası X5, anası isə X1. İş materiallarında olan AA4074123 nömrəli, 4MK34FX fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 04 aprel 1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 02 iyul 2024-cü il tarixdə X5 üçün çağırış edilmiş, həmin gün saat 04:45-də Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 3, 136 saylı mənzildə kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05 iyul 2024-cü il tarixli, 3-16-5/8-1081-2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X8 38 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 05 iyul 2024-cü il tarixli 149 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarın 4.3 və 4.8 bəndinə əsasən X3 ölüm haqqında şəhadətnamə verilə bilmir. İş materiallarında Zığ Bələdiyyəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 118 saylı arayışdan və fotoşəkillərdən görünür ki, mərhum atası X5 xx.xx.2024-cü il tarixində vəfat etmiş, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 172, M10, m1) tam mülkiyyət hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 08 aprel 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 06 iyul 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3, (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 172, M10, m1) 136 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 04 aprel 1953-cü il təvəllüdlü X2 02 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 04 aprel 1953-cü il təvəllüdlü X2 02 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6411/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6411/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver