Məhkəmə qərarları › İş №2(011)-6414/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6414/2024

30.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6414/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:

1. Tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir.

2. xx.xx.2023-cü il tarixli MŞB/8-2023-02115 nömrəli barışıq sazişinə əsasən tərəflər arasında nikahın pozulması, birgə nikahdan olan uşağın ananın himayəsində saxlanılması barədə razılıq əldə edilmişdir. Həmçinin, barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın sonuncu günündə 220 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1559/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında rəsmi nikah pozulmuşdur. Hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.

Ərizəçinin tələbi:

3. Ərizəçi ilk ərizəsində məhkəmədən Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü 220 (iki yüz iyirmi) manat alimentin tutularaq Ərizəçi ödənilməsi, xx.xx.2023-cü il tarixdən hal-hazıradək ödənilməmiş cəmi 1980 (min doqquz yüz səksən) manat aliment borcunun və 100 manat dövlət rüsumunun əvəzinin alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2024-cü il tarixdə Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən tərəflər arasında bağlanmış MŞB/8-2023-02115 nömrəli barışıq sazişinin 3-cü bəndinin “Birinci tərəf: Hüseynov Maraqlı şəxs Ayşən Müşviq qızı ilə birgə nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü İkinci tərəf Ərizəçi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi kartına ödəyəcəyinə dair öhdəlik götürür.” məzmunda təsdiq edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı:

5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan bir övladları vardır. Bağlanmış barışıq sazişinə əsasən ona aliment ödənilməlidir, lakin hazırda Maraqlı şəxs aliment ödəmir. Məhkəmədən tərəflər arasında bağlanmış barışıq sazişinin alimentlə bağlı olan 4.1-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir.

7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. AZ-İV 726884 №li Doğum haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

9. MŞB/8/2023-02115 №-li, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, “3. “Birinci tərəf: Hüseynov Maraqlı şəxs Ayşən Müşviq qızı ilə birgə nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü İkinci tərəf Ərizəçi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi kartına ödəyəcəyinə dair öhdəlik götürür.”

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-1559/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə 3547 nömrəli akt qeydi ilə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

11. xx.xx.2024-cü il tarixli qəbzə əsasən ərizəçi X3 kızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

16. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin “3.Birinci tərəf: Hüseynov Maraqlı şəxs Ayşən Müşviq qızı ilə birgə nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü İkinci tərəf Ərizəçi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi kartına ödəyəcəyinə dair öhdəlik götürür.” məzmunda həmin hissəsində təsdiq edilməsidir.

17. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin qeyd edilən bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin 3-cü bəndinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.

18. Beləliklə, məhkəmə Barışıq sazişinin “3.Birinci tərəf: Hüseynov Maraqlı şəxs Ayşən Müşviq qızı ilə birgə nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü İkinci tərəf Ərizəçi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi kartına ödəyəcəyinə dair öhdəlik götürür.” hissəsində təsdiq edilməsini mümkün hesab edir və ərizənin təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə verilərkən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8-2023-02115 nömrəli barışıq sazişinin aşağıdakı bəndi bu məzmunda təsdiq edilsin: “3. “Birinci tərəf: Hüseynov Maraqlı şəxs Ayşən Müşviq qızı ilə birgə nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın sonuncu günü İkinci tərəf Ərizəçi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi kartına ödəyəcəyinə dair öhdəlik götürür.”

3. Ərizə verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar