Məhkəmə qərarları › İş №2(011)-6416/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6416/2025

09.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6416/2025 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin qadağan edilməsi” tələbi barədə iddiasına dair mülki işi nəzərdən keçirərək müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər (səlahiyyətli nümayəndələri, o cümlədən cavabdehin qanuni nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndələri) xx.xx.2026-cı il tarixli məhkəmənin baxış iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Onlar daha əvvəlki xx.xx.2026-cı il tarixli baxış iclasına da gəlməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin qadağan edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar