Məhkəmə qərarları › İş №2(011)-6417/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6417/2023

29.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6417/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 2474 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur.

2. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3339/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.

3. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşağın iddiaçının yanında saxlanılması, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün maraqlı şəxsdən hər ayın 10-na qədər qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəməyi, maraqlı şəxsin övladı ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi, uşağın ölkədən kənara çıxarılması, təhsil xərclərinin birgə qarşılanması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü bağlı tərəflər razılığa gəlmişlər.

4. Cavabdeh tərəfindən Barışıq sazişinin 3-cü bəndində qeyd edilən aliment iddiaçıya ödənilmir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli X2n 4-cü maddəsində təsbit edilən, maraqlı şəxsin ərizəçiyə 10 aprel 2023-cü il tarixindən başlayaraq övladları xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10na qədər qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarına alimentin ödənilməsi haqqında öhdəliyinin könüllü icra müddəti keçdiyinə görə məcburi icra edilməsi üçünb təsdiq edilməsi və icraya göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli X2n 3-cü maddəsində təsbit edilən, maraqlı şəxsin ərizəçiyə 10 aprel 2023-cü il tarixindən başlayaraq övladları xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10na qədər qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarına alimentin ödənilməsi haqqında öhdəliyinin könüllü icra müddəti keçdiyinə görə məcburi icra edilməsi üçünb təsdiq edilməsi və icraya göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi ərizəsində qeyd etmişdır ki, maraqlı şəxs aralarında mediasiya barışıq sazişi bağlanılmışdır. Mediasiya barışıq sazişi xx.xx.2023-cü il tarixdə, imzalandığı andan hüquqi qüvvəyə minmişdir. Qeyd edilən mübahisə predmetlərinin bir çoxu üzrə tərəflər öz öhdəliklərini könüllü icra etmələrinə baxmayaraq, X2n aliment ödənilmə hissəsi maraqlı şəxs tərəfindən könüllü icra edilməmişdir. X2n 4-cü maddəsinə əsasən maraqlı şəxs ərizəçiyə 10 aprel 2023-cü il tarixindən başlayaraq övladları xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs Airbus 319/320 Hava Gəmisinin ikinci pilot vəzifəsində Azərbaycan Hava Yolları QSC-də çalışır. X2 könüllü şəkildə iş yerinə təqdim etmədiyi üçün əmək haqqısından xx.xx.2023-cü il tarixindən aliment tutulmamış, nəticədə mediasiya barışıq sazişində öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və X2n könüllü icra müddətini ötürmüşdür.

b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:

8. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

10. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

11. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

12. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

13. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

20. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

21. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

23. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.

25. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.

26. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

27. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin 3-cü bəndində maraqlı şəxsin ərizəçiyə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimenti ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur.

28. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin həmin bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 3-cü bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

29. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişinin 3-cü bəndi təsdiq edilsin:

1. Maraqlı şəxs Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər Maraqlı şəxs qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimenti ödəməyi öhdəsinə götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar