Məhkəmə qərarları › İş №2(011)-6474/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6474/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6474/2020 02.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.1965-ci il tarixində doğulmuş atası X4 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 xx xxxx 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, xx xxxxxxx 2020-ci il tarixində qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Qaraçuxur qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnaməni almadığı üçün mərhum X4 ölümü barədə şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XXİ-ЖГ seriyalı, 286860 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun atası X6r. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 106 nömrəli “Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlı vərəqəsi”-ndən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Xəyal adası ünvanında X4 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının xx xxxxxxx 2020-ci il tarixli 168 saylı məktubundan görünür ki, Xətai rayonu 18 nömrəli Şəhər Poliklinikasının rəhbərliyi bildirir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 3 mənzil 75 ünvanında qeydiyyatda olmuş, Xəzər rayonu, Binə qəsəbəsi, Xəyal adası ünvanında yaşamış xx.xx.1965-ci il təvəllüdlü X7 poliklinika tərəfindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 2542-05/15 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Bakı şəhəri Suraxanı rayonun Qaraçuxur Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 540 nömrəli arayışından görünür ki, mərhum X1 qəsəbə qəbiristanlıqda xx xxxxxxx 2020ci il tarixində dəfn edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, mərhum X8 ilə birlikdə işləyirdi. Mərhum ürəyində olan ağrılardan şikayət edirdi. xx xxxxxxx 2020-ci il tarixində mərhumu oğlu onunla telefon vasitəsilə əlaqə saxlayaraq atasının rəhmətə getdiyini bildirmişdir. Alxasov İlqar ölümündən sonra növbəti gün Qaraçuxur qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, mərhum X8 ilə birlikdə elektrik xidmətlər göstərən şirkətdə işləyirdi. xx xxxxxxx 2020-ci il tarixində mərhumu oğlu mənimlə telefon vasitəsilə əlaqə saxlayaraq atasının rəhmətə getdiyini bildirmişdir. Alxasov İlqar ölümündən sonra növbəti gün Qaraçuxur qəsəbəsində dəfn edilmişdi. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx xxxxxxx 2020-ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx xxxxxxx 2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar