Məhkəmə qərarları › İş №2(011)-6489/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6489/2022

24.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6489/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 iştirakı ilə, X1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. X12 xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Əlimərdanlı kəndində doğulmuşdur. X2 qardaşıdır.

2. Bakı şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində xx.xx.2022-ci il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Sadıqcan y/tikili, göz xəstəxanası adlanan ünvanında X7 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 38 nömrəli şəhər poliklinkası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin qardaşının ölümünün qeydə alınmasından imtina edilmişdir.

4. Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi xx.xx.1976-ci il tarixdə doğulmuş X3 nun 23 iyul 2022-ci tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum X3 xx.xx.1976-ci ildə Ağdam rayonu, Əlimərdanlı kəndində anadan olmuşdur. X3 yarımçıq göz xəstəxanasında xx.xx.2022-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Həmin tarixdə X5 qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə Xətai rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhum qardaşının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. O, qardaşının vəfatı ilə bağlı çox üzülərkən onun mərasim məclisini verərkən, vaxtında Xətai rayon qeydiyyat şöbəsinə ölüm şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Bunla bağlı Xətai rayon qeydiyyat şöbəsi imtina məktubu vermişdir və orada qeyd edilir ki, onun məhkəməyə müraciət etmək hüququ var.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

10. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, mərhum X12 onun qardaşıdır. İki övladı var idi. Qəflətən xx.xx.2022-ci il tarixdə axşam öldü. Zığda Zeytunluq qəbirstanlığında dəfn olunub.

12. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, mərhum X12 onun qaynı olub, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə getdi.

13. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

17. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

18. İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, ərizəçinin X3nun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Sadıqcan y/tikili, göz xəstəxanası ünvanında X7 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.

21. Məhkəmə iclasında dindirilmiş şahidlər də X7 xx.xx.2022-ci il tarixində öldüyünü bildirmişlər.

22. Bundan başqa, iş materiallarında olan 38 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X10 AR Səhiyyə Nazirliyinin xx.xx.2015ci il tarixli 52 nömrəli əmrinə əsasən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 2787-05/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər.

24. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X7 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

25. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (§ 17)

26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 23 iyul 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Əlimərdanlı kəndində doğulmuş X7 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Sadıqcan y/tikili, göz xəstəxanası ünvanında ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar