Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-65/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, ` müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə əsas borca görə 12.573,15 manat, faiz borcuna görə 2.454,14 manat, cərimə borcuna görə 8.527,12 manat olmaqla borcun cəmi məbləğində 23.554,41 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi 23554,41 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF- 5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə əsas borca görə 12.573,15 manat, faiz borcuna görə 4.499,67 manat, cərimə borcuna görə 10.200 manat olmaqla borcun cəmi məbləğində 27.272,82 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi 27.272,82 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə əsas borca görə 12.573,15 manat, faiz borcuna görə 6.239,40 manat, cərimə borcuna görə 10.200 manat olmaqla borcun cəmi məbləğində 29.012,55 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi 29.012,55 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 51.000 manat məbləğində kredit verilmişdir. Daha sonra xx xxxxxxx 2014-cü il tarixli RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 40 ay müddətinə xx xxxxxxxx 2020-ci il tarixinədək uzadılması üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında əlavə saziş bağlanılmışdır. xx xxxxxxx 2014-cü il tarixli RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə sazişin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri icra etməmişdir. xx xxxxxxx 2014-cü il tarixli RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75.15 kv.m. ümumi, 48.05 kv.m. yaşayış, 27.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzil İddiaçıASC-nin qarşısında xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş rəydən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə banka olan borcu əsas borc üzrə 14.143,07 manat, faiz borcu üzrə 3.039,54 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 6.239,40 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyində cavabdehin müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcu hesablanmışdır. Odur ki, məhkəmə cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş 3.039,54 manat məbləğində faiz borcunun tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin .hissədə qismən əsaslıdır. Bxxxxə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə hesablanmış 10.200 manat məbləğində cərimənin 1.000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Bxxxxə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75.15 kv.m. ümumi, 48.05 kv.m. yaşayış, 27.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan “xxxx” Qiymətləndirmə MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəydən görünür ki, ünvan 2 mənzil 25 ünvanında yerləşən mənzilin likvid dəyəri 95.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə “xxxx” Qiymətləndirmə MMC tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi hissəsinə qiymət verərək bxxxxə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bxxxxə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər bxxxxə öhdəlik götürmüş sayılırlar Maddənin dispozisiyasından aşkar şəkildə görünür ki, mənzildə yaşayan və ya qeydiyyatda olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş mənzili həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin mənzili tərk etməsi üçün hüquqi fakt, mənzili alan şəxsin mülkiyyət hüququnun rəsmi şəkildə qeydə alınması deyil, mənzilə tutmanın yönəldilməsi və mənzilin satılmasıdır. Mübahisəli mənzili açıq hərracdan satın almış şəxsin mülkiyyət hüququ rəsmi şəkildə qeydə alınmamış, həmçinin cavabdehlər mənzili könüllü şəkildə tərk etməkdən imtina etməmiş onların mənzildən çıxarılmasının qət edilməsi düzgün deyildir və bu hal “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə ziddir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlərin könüllü şəkildə mənzildən çıxmaqdan imtina etməsi, onların məcburi qaydada çıxarılması və s. kimi xüsusatlar qətnamənin qüvvəyə minməsi və icraya yönəldilməsindən sonrakı mərhələyə aid məsələlərdir. Bxxxxəliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə əsas borca görə 12.573,15 manat, faiz borcuna görə 3.039,54 manat, cərimə borcuna görə 1.000 manat olmaqla borcun cəmi məbləğində 16.612,69 manat pul tutulmalı, tələb Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 31 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın dəyəri 150 manat təşkil edir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat və ipotekaya tutma yönəldilməsinə dair iddiaçı tərəfindən ödənilmiş 31 manat Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinin qiymətlənidirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxx 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə Cavabdeh1 əsas borca görə 12.573,15 (on iki min beş yüz yetmiş üç manat on beş qəpik) manat, faiz borcuna görə 3.039,54 (üç min otuz doqquz manat əlli dörd qəpik) manat, cərimə borcuna görə 1.000 (bir min) manat olmaqla cəmi 16.612,69 (on altı min altı yüz on iki manat altmış doqquz qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 31 (otuz bir) manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilsin, bu əmlak hərracda satılsın və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilin ilkin satış qiyməti 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apxxxxyasiya Məhkəməsinin Mülki Kollegiyasına apxxxxyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-65/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-65/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver