Məhkəmə qərarları › İş №2(011)-6502/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6502/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6502/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs maraqlı “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi qayınX2nun xx.xx.1975-ci ildə tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Ərizəçi qayınatası olmuşdur, yəni ərizəçinin həyat yoldaşı X11 rəsmi nikahda olmuşdur. X3 bir övladı vardır ki, o da X10r. X11 xx.xx.2024-cü il tarixində beyin infarktı keçirərək vəfat etmişdir. Ərizəçinin yaşadığı mənzil X6 mülkiyyətində olduğundan onun varisi kimi bəzi hüquqi sənədlər, yəni X3 ölüm kağızı (şəhadətnamə) olmadığı üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. X1 Ermənistan Respublikasının Göyçə mahalının Vardenis rayonu Şəfəq kəndində 07 fevral 1975-ci ildə rəhmətə getmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları AZ-İİ №420126 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2024-cü il tarixində beyin infarktı nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 430 № ilə qeyd edilmişdir. İ-CЛ №295065 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X11 ilə Ərizəçi arasında xx.xx.1974-cü il tarixində 32 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-018-15-Q-15-1171 nömrəli məktubunda, X9 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 163414 №-li qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 22 №-li yaşayış evi, mənzil 25 X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1998-ci il tarixində reyesr kitabında qeydiyyat aparılmışdır. ЗЖ № 427575 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 10 mart 1952ci il tarixində anadan olmuşdur. X2, anası X4r. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirmişdir ki, ərizəçini tanıyır, eyni kənddə Vardenis rayonu, Şəfəq kəndində olmuşlar. Musa müəllimlə də qonşu olmuşlar. Oğlu ilə eyni məktəbdə oxumuşlar. Xəlilov Musa poçtda işləyirdi. 1975-ci ilin fevral ayında rəhmətə getmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ərizəçini tanıyır, eyni kənddən olublar. Ərizəçinin qayınX20nı da tanıyır, Xəlilov Bayramın atası olub. Xəlilov Musa 1975-ci ilin fevral ayında rəhmətə gedib. Mülki iş üzrə şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirmişdir ki, ərizəçini uşaqlıqdan tanıyır, eyni kənddən olublar. Xəlilov Musa 1941-1945-ci illərin müharibəsində də iştirak edib, 1975-ci ilin fevral ayında rəhmətə gedib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X9 xx.xx.1975-ci il tarixində Göyçə mahalının, Vardenis rayonunda ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1975-ci il tarixində Göyçə mahalının, Vardenis rayonunda ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.1975-ci il tarixində Göyçə mahalının, Vardenis rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar