Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6540/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi Bayrambəyoviçin iştirakı ilə, Ərizəçi Bayrambəyoviçin maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Bayrambəyoviç ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1971-ci il tarixdə doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Bayrambəyoviç ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum qardaşı X4 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2023-cü il tarixdə qəflətən ona məxsus M.Rüstəmov küçəsi 8, mənzil 59 ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün yəni xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı rayonu Dədəqorqud qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmişəm, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum qardaşım X4 adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhər Suraxanı rayonu Zığ bələdiyyəsinin 31 may 232 saylı arayışından görülür ki, mərhum X5 17.04 2023-cü il tarixində X7 dəfn olunmuşdur. Sonda Ərizəçi Bayrambəyoviç ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə məlumat verilmiş, maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəsi ilə məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Belə ki, məhkəmə iclasında xx.xx.1989-cu il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum X1 əmisi olub, xx.xx.2023-cü il tarixdə atası zəng edərək mərhumun telefona cavab vermədiyini bildirib, sonra evə gedib, qapı bağlı olduğu üçün 102-ə zəng edib, FHN əməkdaşlar, polis əməkdaşları və təcili tibbi yardım işçiləri birlikdə gəliblər və qapını açıblar və onun meyidini tapıblar, təxminən bir gün əvvəl ölübdür. Bundan bir gün sonra da mərhum əmisini dəfn ediblər. Məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X6 şahid qismində iştirak edərək bildirdi ki, mərhum X1 qonşusu olub, mərhum subay idi və evdə tək yaşayırdı, içki içirdi, aprelin 16-ı evdə ölüb, sonra dəfn olunub, dəfn mərasimində iştirak edib, mərhum X7 dəfn olundu. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 274506 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 oktyabr 1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin 3- 16-5/8-1238-Q-15/2023 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan 7 saylı şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X3 poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti və ambulator kartə olmadığından poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə verməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixlu Təcili yardımın qeydiyyat vərəqəsindən görünür ki, ünvan 1 ünvanına çağırışa gələn TTY əməkdaşları tərəfindən X3 “həkimə qədər ölüm faktı” qeyd edilməklə, qardaşı tərəfindən xx.xx.2023-cü il tarixə qədər telefon ilə əlaqələrinin olması, həmin gün isə qapının bağlı olması səbəbindən 112 ilə əlaqə saxlayaraq qapının açıldığı və mənzillərin birində üzü üstə olan kişi aşkar olunması barədə məlumat öz əksini tapmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı rayou Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 232 №li arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və X7 dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Ərizəçi Bayrambəyoviç tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, X7 dəfn olunmuşdur, ərizəçi mərhumun qardaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6540/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6540/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver