Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6568/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1977-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum X4 xx.xx.1977-ci il tarixdə Ağdam rayon Sarıcalı kəndində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixində qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Ağdam rayon Qaradağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişəm, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün mərhum anam X2 adına ölüm haqqında şəhadətnamə verilmədi. Sonda Ərizəçi ərizənin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirmişdir ki, mərhumun oğludur, onunla birgə yaşayıb, anası xx.xx.2025-ci il tarixində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən “Araz” marketdə alış-veriş edərkən qəfildən halı pisləşmiş, təcili yardım şağırılsa da qəfildən rəhmətə getmişdir. Anasını xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Qaradağlı kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadə verərək bildirmişdir ki, mərhumun həyat yoldaşıdır, xx.xx.2025-ci il tarixində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən “Araz” marketdə alış-veriş edərkən yoldaşının qəfildən halı pisləşmiş, təcili yardım şağırılsa da rəhmətə getmişdir. Mərhuməni xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Qaradağlı kənd qəbiristanlığında dəfn etmişlər. İş materiallarında olan Bakı şəhər Xətai rayon Prokurorluğunun Respublika Təcili və X3 X9 şəxsə ünvanlanan xx.xx.2025-ci il tarixli 10/25 saylı məktubundan görünür ki, xx.xx.1977-ci ildə Ağdam rayonu, Sarcalı kəndində anadan olmuş, ünvan 1 ünvanda yaşamış X2 xx.xx.2025-ci il tarixində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən “Araz” marketdə xəstəliyi nəticəsində ölməsi faktı ilə əlaqədar çağırışa getmiş tibb heyətinin tərtib etdiyi “çağırış vərəqəsi”nin rayon prokurorluğuna təhvil verilməsi üçün mərhumun oğlu Ərizəçi təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan AZE seriyalı, 13473021 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1977-ci il tarixində Ağdam rayonu Sarcalı kəndində doğulmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X3 Mərkəzi” X11 Bakı şəhəri Xətai rayon Prokurorluğuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 20:04-də “Respublika Təcili və X3 Mərkəzi” X11 Mərkəzi Çağrı Xidmətinə “103” ünvan 3 ünvanlanan Amalya Nəbiyevanın (48 yaş) adına “dil qatlanıb” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış Xətai TTTYS 1 saylı bölməsinin həkimi Vaqif Məmmədov icra edərək, X1 (48 yaş) məxsus meyit ilə rastlaşmış “Qadın cinsli meyid (həkimə qədər ölüm)” diaqnozu qoyulmuşdur. Hadisə barədə 35-ci Polis Bölməsinə məlumat verilmişdir. İş materiallarında olan Ağdam rayon Qaradağlı Bələdiyyəsinin 50 saylı xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Qaradağlı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilib. İş materiallarında olan Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məcburi köçkünlərin statusu sənədi haqqında məlumatdan görünür ki, Ərizəçi məcburi köçkün statusu vardır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1977-ci il təvəllüdlü vətəndaş X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmiş, Ağdam rayonu Qaradağlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi mərhum X2 oğludur, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6568/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6568/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver