Məhkəmə qərarları › İş №2(011)-6595/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6595/2025

05.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6595/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasına ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xx.xx.1971-ci il tarixdə Ermənistan, Masis rayonu, Sarcalar kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan ərizəsini dəqiqləşdirərək, məhkəmədən XX.XX.1911-ci il təvəllüdlü X2 Ermənistan, Masis rayonu, Sarcalar kəndində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Ermənistanın Masis rayonu Sarcalar kəndində anadan olmuşdur. Məhrum atası X4 mərhum anası Hümbətova (Həsənova) Dilbər Elyaz qızı ilə Ermənistanın Zəngibasar rayonunda nikahlarını rəsmiləşdirmişdirlər. X1 xx.xx.1971-ci ildə Ermənistanın Masis rayonu Sarcalı kəndində vəfat etmişdir və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Mərhum anası Hümbətova (Həsənova) Dilbər Elyaz qızı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində kəndində vəfat etmişdir. 1988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçmüşlər. Hal-hazırda Ərizəçi Ermənistanın Masis rayonu Sarcalar kəndindən məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsi, ev 21, mənzil 1-də məskunlaşaraq öz ailəsi ilə birlikdə yaşayır. 1988-ci ildə yaşadıqları yurd yuvalarından çıxarkən hamısı didərgin düşmüş və sənədlərini evlərindən götürə bilməmişdir. Ermənistanın Masis rayonu Sarcalar kəndindən köçən zaman ailəmin və ərizəçinin bəzi sənədləri yaşadıqları evdə qalmış və sənədləri götürə bilməmişlər. Həmin sənədlərdən biri də xx.xx.1971-ci ildə vəfat etmiş mərhum atasə X2 ölüm haqqında şəhadətnaməsidir. 1988-ci ildə erməni işğalçıları Azərbaycan rayonlarını işğal eləməyə başlayarkən Azərbaycanlıların hamısı qaçqın düşdü, artıq məlum səbəblərə görə Ermənistanın Masis rayonu Sarcalar kəndinə gedə bilmir və bu səbəbdən də, atasının ölüm haqqında şəhadətnaməsinin surətini ala bilmir. Yenidən o, təkrar ölüm və nikah haqqında şəhadətnamə almaq üçün AR Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş və ona imtina edilərək bildirilmişdir ki, adiyyəti üzrə məhkəməyə müraciət etməyi söylənilmişdir. Mərhum atası X4 xx.xx.1971-ci ildə Masis rayonu Sarcalar kəndində vəfat etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, atası xx.xx.1971-ci ildə Masis rayonu Sarcalar kəndində vəfat etmişdir. Öz yurdyuvasından didərgin düşərkən sənədləri götürə bilməmişdir. Bu il qardaşı da vəfat etmişdir. Evi qardaşı oğlunun adına keçirmək istəyirlər. Buna görə də ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur, atası X4, anası X3r. Xİİİ-MT 542153 nömrəli pasportdan görünür ki, X4 1911-ci ildə anadan olmuşdur . ГД 783664 nömrəli hərbi biletdən görünür ki, X4 1911-ci ildə anadan olmuşdur. ЗЖ 083803 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 xx.xx.1938-ci ildə nikaha girmişlər, nikahdan sonra ərə Hümbətov, arvada Hümbətova soyadı verilmişdir. İş materiallarında olan, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 3-16-5/8-845-/15/25 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mərhum Mansur İsmayılovun oğludur. Atası xx.xx.1971-ci ildə Ermənistan, Masis rayonu, Sarıcalar kəndində vəfat etmişdir. Atası vəfat edən zaman onun 13 yaşı var idi. Atasının ölümü onun yadına gəlir. Atasının xəstəliyi var idi, o bronxial astma idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, mərhumun gəlinidir. Qaynatası xx.xx.1971-ci ildə Masis rayonu Sarcalar kəndində vəfat edib. O, mərhumun sonuncu oğlunun həyat yoldaşıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, mərhumum gəlinidir. Qaynatası xx.xx.1971-ci ildə Masis rayonu Sarcalar kəndində vəfat etmişdir. O, mərhumun dördüncü oğlunun həyat yoldaşıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə XX.XX.1911-ci il təvəllüdlü X2 xx.xx.1971-ci il tarixdə Erməsintan, Masis rayonu, Sarıcalar kəndində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. XX.XX.1911-ci il təvəllüdlü X2 xx.xx.1971-ci il tarixdə Erməsintan, Masis rayonu, Sarıcalar kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar