Məhkəmə qərarları › İş №2(011)-6605/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6605/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6605/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 28 may 1980-cı il tarixində anadan olmuş X4 09 iyul 2024-cü il tarixində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. O, verdiyi izahatında göstərdi ki, Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 15353935 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 28 may 1980-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 925383 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü il tarixində anadan olmuş, onun atası X11, anası X5r. İş materiallarında olan Vİİİ-ЖГ 348336 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 28 may 1980-ci il tarixində anadan olmuş, onun atası X11, anası X5r. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 02 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X4 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 141 nömrəli 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, X6 ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” X1 16 iyul 2024-cü il tarixli məktubundan görünür ki, şöbə tərəfindən ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində X4 ölümünün qeydiyyata alınması barədə ərizə təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında qeyd etmişdir ki, o, ərizəçinin qonşusudur. O, ərizəçinin və onun mərhum qardaşını uşaqlıqdan tanıyır. X7 5 yaş böyük olub. O, xx.xx.2024-cü il tarixində rəhmətə gedib. Həmin gün məhlədə olanda ona xəbər verdilər ki, Qarayev Rəşad rəhmətə gedib. İş yerinə getdi, orada onun öldüyünü gördü. İşdə olduğu zaman yıxılıb, dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Onlar bir məhlədə böyüyüblər. X13 da tanıyırdı. O, həkimə gedibgəlirdi. Onun ölümü qəflətən oldu. Təmir etdiyi evdə rəhmətə getmişdir. O, işində-gücündə olan insan idi. O, xx.xx.2024-cü ildə Bakı şəhərində rəhmətə getmişdir. Məhrumu Hövsan qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Digər qardaşı Qarayev Rəşad xx.xx.2024-cü il tarixində səhər tezdən işə getmişdir. Daha sonra oradan xəbər gəldi ki, qardaşı ölüb. Mərhum ölüm səbəbini bilmir. Mərhum Türkan kəndində dəfn olunub. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X10 xx.xx.2024cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar