Məhkəmə qərarları › İş №2(011)-6663/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6663/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6663/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək arvadı, 08.04.1963-cü il təvəllüdlü X3 30.03.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, arvadı 08.04.1963-cü il təvəllüdlü X6 30.03.2020-ci il tarixində vəfat etmişdir. Qanunvericilikdə müəyyən olunmuş müddəti buraxdığı üçün ərazi poliklinikası ona mərhumun ölümü ilə bağlı tibbi arayışı verməkdən imtina etmişdir. Ona görə də mərhumun ölümünün qeydə alınması xahişi ilə Bakı şəhər Maraqlı şəxsnə müraciət etmiş, həkim ölüm şəhadətnaməsinin olmaması səbəbindən şöbə mərhumun ölümünü qeydə almaqdan imtina etmişdir. Bu səbəbdən mərhumun ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 mərhumun oğlu olduğunu, anasının 30.03.2020-ci ildə vəfat etdiyini və Maştağa qəsəbəsində Keçənlər qəbirsanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin bacısı oğlu olduğunu göstərərək, dayısının arvadı X3 30.03.2020-ci ildə vəfat etdiyini və Maştağa qəsəbəsində Keçənlər qəbirsanlığında dəfn olunduğunu, dəfn mərasimində iştirak etdiyini göstərdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1ənzil ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X6 arasında nikah 05.02.1983-cü il tarixdə qeydə alınmışdır. Qafqaz Müsəlmanları İdarəsi, Maştağa “X10” məscidinin 13.08.2021-ci il tarixli arayışından və əlavə olunmuş fotoşəkillərdən görünür ki, X6 03.08.1997-ci il tarixdə vəfat etmiş və Keçənlər qəbirstanlığında dəfn olunmuşdur. Bakı Şəhər Təcili və X2 Stansiyasının 13.08.2021-ci il tarixli məktubundan görünür ki, ərizəıinin ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.12.2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən 08.04.1963-cü il təvəllüdlü X1 adına 30.03.2020-ci il tarixdə çağırış daxil olması barədə məlumat verilə bilmir. Bakı Şəhəri Maraqlı şəxs 13.08.2021-ci il tarixli 2794-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum arvadı X3 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi arvadı, 08.04.1963-cü il təvəllüdlü X3 30.03.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.04.1963-cü il təvəllüdlü X3 30.03.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar