Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6689/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş oğlu X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə nənəsigilə qonaq gələndə qəflətən pəncərədən yıxılaraq vəfat etmişdir. Nənəsinin yaşadığı ünvan onun qeydiyyatda olduğu ünvanla eynidir. Onun vəfatından sonra həmin gün Bakı şəhəri Hövsan qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə Xətai Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum oğlu X3 adına ölüm şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, mərhumun nənəsidir. Həmin gün Murad onlarda qonaq idi. Hadisə qəflətən, o namaz qılan zamanı baş vermişdir. Ehtiyatsızlıqdan uşaq pəncərədən yıxılmışdır. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. Uşağın pəncərədən yıxılmağı ona telefon zəngi vasitəsilə bildirilmişdir. O, hadisə yerinə yaxınlaşanda, orada çoxsaylı insanların toplaşdığını görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 valideynləri qrafasında atası X7, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında oğlunun ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X12 16 nömrəli şəhər poliklinikasının 26 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Hüseynova X1 xx.xx.2018-ci il təvəllüdlü övladı X6 xx.xx.2018-ci il tarixindən poliklinikada qeydiyyatda olub. Sağlamlığında heç bir problem olmayıb. xx.xx.2024-cü il tarixində baş vermiş bədbəxt hadisə ilə bağlı Hüseynova X1 ərizəsinə əsasən 16 nömrəli uşaq poliklinikasının rəhbərliyi bildirir ki, baş vermiş hadisə ilə bağlı heç bir məlumatları yoxdur. Buna görə də xx.xx.2018-ci il təvəllüdlü X4 ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, X3 ölməsi faktı əsasında toplanmış 299- C-24 nöməli material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi oğlu X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6689/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6689/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver