Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6708/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı barışıq sazişinin xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-cü il təvəllüdlü X3 və xx.xx.2022-cü İl təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi ) manat olmaqla ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğinin, xx.xx.2022-cü İl təvəllüdlü X4 3 yaşına çatana kimi, 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi hər ay 90 (doxsan) manat aliment məbləğinin ödənilməsi hissəsində təsdiq edilməsi və alimentin xx.xx.2024-cü il tarixdən hesablanması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazının dəlilləri Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:
1. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 26 avqust 2013-cü il tarixində Səadət Sarayı, Bakı nikah evi, 1438 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.
2. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2014-cü İl təvəllüdlü X2, xx.xx.2020-cü il təvəllüdlü X3 və xx.xx.2022-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması bərədə razılığa gəldilər.
3. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-cü il təvəllüdlü X3 və xx.xx.2022-cü İl təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi ) manat olmaqla ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür.
4. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2022-cü İl təvəllüdlü X4 3 yaşına çatana kimi, 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi hər ay 90 (doxsan) manat aliment məbləğinin ödəyir.
5. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək, birgə nikahdan anadan olan xx.xx.2014-cü İl təvəllüdlü X2, xx.xx.2020-cü İl təvəllOd.lü-X3 və xx.xx.2022-cü il təvəllüdlü X4 ataları 2-ci tərəf Maraqlı şəxs ilə hər həftə, həftədə 1 dəfə 5 saat olmaq şərti ilə görüşməsinə 1-ci tərəf Ərizəçi şərait yaradır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs X1 Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə ərizəçinin alimentin xx.xx.2024-cü il tarixdən hesablanması tələbinə münasibətdə qeyd edir ki, tərəflər xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı barışıq sazişində alimentin xx.xx.2023-cü il tarixdən hesablanması barədə razılığa gəlmiş və barışıq sazişini qeyd edilən məzmunda imzalamışlar. Məhkəmə tərəfindən barışıq sazişinin məzmunun dəyişdirilməsi yolverilməzdir. Lakin barışıq sazişinin alimentə dair şərtlərinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər yerinə yetirilməsi icra mərhələsində nəzərə alına bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01412 saylı barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:
1. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-cü il təvəllüdlü X3 və xx.xx.2022-cü İl təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi ) manat olmaqla ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür.
2. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2022-cü İl təvəllüdlü X4 3 yaşına çatana kimi, 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi hər ay 90 (doxsan) manat aliment məbləğinin ödəyir. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova