Məhkəmə qərarları › İş №2(011)-6710/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6710/2025

21.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6710/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X3 iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, 19 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, maraqlı tərəf Maraqlı şəxs ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmaq ərəfəsindədir. Birgə nikahdan 28 dekabr 2013-cü il təvəllüdlü X9 və 12 yanvar 2019-cu il təvəllüdlü X10 adlı iki övladları var. Uşaqların ərizəçinin himayəsində qalmasına 2-ci tərəf etiraz etmir. Uşaqların 2-ci tərəflə məhdudiyyət olmadan görüşməsinə razıdırlar. İkinci tərəfdən uşaqların saxlanılması üçün aliment tələb edilmir. Ərizəçi məhkəmə iclasında izahatında bildirmişdir ki, nikahın pozulması ilə bağlı ərizə icraatdadır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025ci il tarixli, MŞB/19/2025-0023 saylı, 19 saylı mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki:

1. İ tərəf Ərizəçi və İİ tərəf Maraqlı şəxs nikahın bağlanması haqqında akt qeydləri kitabında 266 nömrə ilə, 05 mart 2013-cü il tarixdə (AZ-İİ № 827367) qeydə alınmış nikahın pozulmasına razıdırlar. 2. İkinci tərəf: Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə birgə nikahlarından doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə birgə nikahlarından doğulmuş X6 birinci tərəf Ərizəçi yanında qalmasına etiraz etmir. 3. İkinci tərəf: Maraqlı şəxs xx.xx.2019cu il tarixdə birgə nikahlarından doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə birgə nikahlarından doğulmuş X6 birinci tərəf Ərizəçi yanında qalmasına etiraz etmir. 4. Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş X10 və X9 ilə heç bir məhdudiyyət olmadan görüşməsinə razılıq verir.

2. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər 2-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə 08 Oktyabr 2024-cü il tarixli, MŞB/13/2024- 01503 nömrəli bağlanmış Barışıq sazişinin qüvvədən düşməsi barədə razılaşdılar.

3. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 20-25-i aralığında əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs əmək haqqından tutularaq 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar.

4. Birinci tərəf: Ərizəçi xx.xx.2019-cu il tarixdə birgə nikahlarından doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə birgə nikahlarından doğulmuş X1 üçün ikinci tərəf Maraqlı şəxs qarşı heç bir aliment tələbi yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. Barışıq sazişində qeyd olunan 1-ci şərt Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata götürülmüşdür, 5-ci şərt isə artıq icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında MŞB/19/2025-0023 saylı, xx.xx.2025-ci il tarixli, 19 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İkinci tərəf: Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə birgə nikahlarından doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə birgə nikahlarından doğulmuş X6 birinci tərəf Ərizəçi yanında qalmasına etiraz etmir.

2. Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş X10 və X9 ilə heç bir məhdudiyyət olmadan görüşməsinə razılıq verir.

3. Birinci tərəf: Ərizəçi xx.xx.2019-cu il tarixdə birgə nikahlarından doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə birgə nikahlarından doğulmuş X1 üçün ikinci tərəf Maraqlı şəxs qarşı heç bir aliment tələbi yoxdur. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar