Məhkəmə qərarları › İş №2(011)-6715/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6715/2024

09.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6715/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X7 ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/10/2***-******* saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, cavabdeh tərəfindən birgə nikahdan olan xx.xx.2009cu il təvəllüdlü uşaqları - X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ayın 1- dən 10-a kimi olmaqla, ərizəçi X2 hesabına Maraqlı şəxs əmək haqqısı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə, həmçinin 2023-cü ilin noyabr ayından bu günə kimi saziş üzrə yığılmış aliment borcunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah xx.xx.2008-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1205 saylı qeydlə bağlanmışdır. Tərəflərin həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü uşaqları - X12, xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşlar. Tərəflər nikahın pozulması, azyaşlı uşaqların ana himayəsində saxlanılması, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay sabit pul məbləğinin 1/3 hissəsində alimentin tutularaq cavabdeh X4 ödənilməsi barədə razılaşmışlar. Bu münvalla, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 10 saylı X3 bağlanılmışdır (MŞB/10/2***-******* saylı). Sazişə əsasən, cavabdeh Maraqlı şəxs iddiaçı Kərimova Şəbinə ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü uşaqları - X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 analarının yanında qalmasına razılıq vermişdir. Uşaqların saxlanılması ilə bağlı aliment tələbi üzrə tərəflər razılaşmışdılar ki, cavabdeh hər bir uşağın saxlanması üçün 2023-cü il noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a kimi olmaqla iddiaçı Şəbinə Kərimovaya əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödəyəcəkdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-872/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Nikah pozulduqdan sonra Maraqlı şəxs aliment öhdəliyinin icrası ilə bağlı olaraq bir sıra öhdəlik pozuntularına yol vermişdir. Belə ki, aliment üzrə ödənişləri müntəzəm icra etsə də, hər dəfə çətinlik yaradır, ayın fərqli günlərində ödənişlər edir, hətta demək olar ki, yadına düşəndə və ya Şəbinə Kərimova hər dəfə tələb edəndə ödəniş edir. Bundan başqa Maraqlı şəxs neft şirkətində çalışır, yaxşı gəlirə malikdir, sazişə əsasən hər ay gəlirinin 1/3 hissəsini ödəməli olduğuna baxmayaraq, istədiyi məbləği ödəyir. Ödədiyi məbləğ adətən 750-800 manat arasında dəyişir, halbuki onların hesablamalarına görə 1.200-1.500 manat arası təşkil etməlidir. Ərizəçi Şəbinə Kərimova iddia edir ki, Maraqlı şəxs gəlirlərini ondan gizlətmişdir, onun gəlirləri və əmək haqqı barədə məlumatlar şirkət tərəfindən kənar şəxsə verilmədiyi üçün heç təxmini də bilmir ki, aliment üzrə razılaşma tam icra edilmişdir yoxsa borc yaranmışdır. Bildiklərinə görə, neft şirkətlərində əsas əmək haqqıdan əlavə olaraq overtaym və sair əlavə ödənişlər olur, məsələn işçi 10-15 gün dəniz platformasında keçirdiyi halda ona edilən əlavə ödəniş onun əsas əmək haqqından belə dəfələrlə çox olur. Həmçinin premiya və sair əlavə ödənişləri də onlar bilmir. Odur ki, ərizəçi hesab edir ki, alimentin ödənilməsi məsələlərində Maraqlı şəxs asılı olmaması üçün, onun könüllü icrası zamanı çoxsaylı suallar yaranmasın deyə aliment üzrə icra sənədinin verilməsi bu problemlərin hamısını kökündə həll etmiş olacaqdır. Sırf bu məqsədlə hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, Rahimov Kərimov aliment ödənişlərini vaxt-vaxtında ödəmir. Onun rəsmi gəlirlərinin miqdarının 1.800 manat olmasına baxmayaraq, onun cəmi aylıq gəlirləri qeyri-sabitdir, maaş haqqına əlavə ödənişlər onun əsas əmək haqqından dəfələrlə çox olur. O, Maraqlı şəxs tərəfindən alimentlə bağlı öhdəliyiynin icra edilməsi üçün barışıq sazışın təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o hər ay barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəyir. O, hesab edir ki, bütün gəlirlərinin deyil, yalnız rəsmi maaşının 1/3 hissəsini aliment kimi ödəməlir. Müxtəlif vaxtlarda iş saatlarının çoxluğuna görə vəzifə maaşından əlavə gəliri də olur. O, aylıq aliment ödənişləri daima ödəyib. Lakin bəzən ödənişi hissələrlə ödəyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs və Ərizəçi ilə Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsində bağlanmış xx.xx.2008-ci tarixli, 434072 saylı nikahın pozulmasına razıdırlar, tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 2023-cü il noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a kimi olmaqla ana Ərizəçi Oqay qızına aid bank kart hesabına əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödəyəcək. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X12 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X10 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Maraqlı şəxs, anası Ərizəçidır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Maraqlı şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında “qazma ustası” vəzifəsində işləyir, aylıq əmək haqqısı 2.041,14 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəəsinin 2(011)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2008-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsində 1205 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, 523915******8732 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 650 manat, xx.xx.2024-cü il tarixdə 945 manat, xx.xx.2024-cü il tarixdə 840 manat, xx.xx.2024-cü il tarixdə 865 manat və xx.xx.2024-cü il tarixdə 50 manat köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs övladı xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 Ərizəçi himayəsində qalmasına etiraz etmir. O, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il noyabr ayından etibarən Ərizəçi hər ayın 1-dən 10-a kimi əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdrında pul ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların valideynlərindən hansının yanında qalması və onların saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə alimentin tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş alimentin müəyyən edilməsi hissəsində təsdiq edilməlidir və qətnamə dərhal icra edilməlidir. Məhkəmə işin materiallarında olan qəbzlərdən müəyyən edir ki, Maraqlı şəxs tərəfindən Ərizəçi hesabına müxtəlif tarixlərdə (xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində) 50-945 manatadək pul vəsaitləri köçürülmüşdür. Lakin iş materiallarından görünür ki, aliment kimi ödənilmiş məbləğlər daimi olaraq Maraqlı şəxs aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında olmamışdır. Buna görə də ərizə qismən təmin edilərək, “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X5 tərəfindən təsdiq edilmiş MŞB/10/-2***-******* saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün təsdiq edilməlidir. 2023-cü ilin noyabr ayından bu günə kimi saziş üzrə yığılmış aliment borcunun tutulması sazişin şərtləri ilə ehtiva olunduğundan və saziş məhkəmə tərəfindən təsdiq olunduğundan, sözügedən tələbə ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur və həmin hissədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə qismən təmin edilsin. “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X5 tərəfindən təsdiq edilmiş MŞB/10/-2***-******* saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin:

1. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 2023-cü il noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a kimi olmaqla ana X4 aid bank kart hesabına əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödəyəcək. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar