Məhkəmə qərarları › İş №2(011)-6728/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6728/2023

08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6728/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “barışıq sazişinin tədiq edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli MŞB/16-001534 nömrəli Barışıq Sazişinə əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli MŞB/16-001534 nömrəli Barışıq Sazişinə əsasən xx.xx.2018-ci il təvəllüdlü övladları X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 25-dək 440 manat məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Aliment ödənişinin ikinci tərəfin aylıq əmək haqqına yönləndirilməklə birinci tərəfin kart hesabına ödənilməsi məqsədəmüvafiqdir. Ərizəçinin Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdiki Maraqlı şəxs alimenti hər ay vaxtı-vaxtında ödəyir, ərizənin verilməsində məqsəd alimentin hər ay kart hesabına köçürülməsidir. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən hər ay vaxtında könüllü şəkildə icra olunduqda və o barışıq sazişinin icrasından yayınmadığından barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizəçi və Maraqlı şəxs arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar