Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6758/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi A.A.İsmayılov ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi MMC və Maraqlı şəxs arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli D066 saylı Daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməs ilə bağlı mübahisə yaranmışdır, qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən 9 saylı mediasiya təşkilatına müraciət edilmişdir, mediasiya sessiyası nəticəsində tərəflər arasında barışıq sazişi bağlanmışdır, tərəf sazişin şərtləri ilə razı olsa da, daha sonra sazişdə qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir, öhdəliyini yerinə yetirməmişdir, bu səbəbdən barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Sonda ərizəçinin nümayəndəsi A.A.İsmayılov ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi MMC və Maraqlı şəxs arasında D066 saylı 21 dekabr 2020-ci il tarixdə Daxili lizinq müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, lizinq verən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, lizinq alanın ilkin öhdəliyi 23600 dollar müəyyən edilmişdir, müqavilənin müddəti 12 aydır. İş materiallarında olan D066 saylı müqaviləyə Əlavə 1-dən görünür ki, lizinq məbləği 23600 ABŞ dolları, lizinq mükafatı illik 24%, müddət 12 ay, güzəşt müddəti 0 aydır. İş materiallarından görünür ki, Ərizəçi MMC və Maraqlı şəxs arasında 9 saylı Mediasiya təşkilatının mediatoru X1 iştirakı ilə 26 avqust 2022-ci il tarixində MŞB/9-00271 saylı Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci bəndindən görünür ki, tələbkar 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti 21 dekabr 2022-ci il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla tələbkara ödəyir. Sazişin 2-ci bəndinə əsasən, müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan ünvan 1 saylı mənzil Borclunun istifadəsində qalır. Sazişin 3-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 1500 ABŞ dolları ekvivalentində ilkin ödəniş edildikdən sonra 32062 (otuz iki min altmış iki) ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla olmaqla 21 fevral 2023-cü il müddətinə qədər vaxt verilir, tərəflərin razılığı ilə bu sazişin müddəti uzadıla bilər. Sazişin 4-cü bəndinə əsasən, borclunun tələbkara hər ay ödəməli olduğu minimal məbləğ 1200 (min iki yüz) ABŞ dolları müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 9-u təyin edilir. Həmin gün qeyri iş günü olarsa ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Sazişin 5-ci bəndinə əsasən, ilkin ödənişin xx.xx.2022 tarixinə qədər ödənilməsi və ödənişlərin borcun ödənilməsi üçün müəyyən olunmuş möhlət müddətinin istənilən vaxtı 2 (iki) aylıq ödəniş məbləği həcmində gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir. Sazişin 6-cı bəndinə əsasən, ödənişlər vaxtında yerinə yetirilməzsə, həmin dövrdən mənzilin satışı üçün borcalana 3 ay vaxt veriləcəkdir, əgər bu dövr ərzində də satılmasa bu sazişin şərtlərinin borclu tərəfindən pozulması kimi qiymətləndiriləcək, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır. Sazişin 7-ci bəndinə əsasən, bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra on geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir. Sazişin 8-ci bəndinə əsasən, tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir. Sazişin 9-cu bəndinə əsasən, borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəməhüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Sazişin 10-cu bəndinə əsasən, tam mediasiya sessiyası xərci - 400 manat məbləği Faktor Lizinq MMC ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. İş materiallarından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 21 dekabr 2020-ci il tarixdə daxili lizinq müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, lizinq verən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan Maraqlı şəxs istifadəsinə verməyi, Maraqlı şəxs isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür, mediasiya prosesi nəticəsində həmin müqavilə üzrə tərəflər arasında 26 avqust 2022-ci il tarixli Barışıq sazişi bağlanmışdır, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış sazişin 9-cu maddəsi nəzərə alınmaqla, Ərizəçi MMC tərəfindən ödənilmiş dövlət rüsumu Maraqlı şəxs alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində bağlanmış aşağıdakı məzmunlu “Barışıq sazişi” təsdiq edilsin:
1. Tələbkar 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti 21 dekabr 2022-ci il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla tələbkara ödəyir.
2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan ünvan 1 saylı mənzil Borclunun istifadəsində qalır.
3. Tərəflər razılaşırlar ki, 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 1500 ABŞ dolları ekvivalentində ilkin ödəniş edildikdən sonra 32062 (otuz iki min altmış iki) ABŞ dolları müəyyən olunur və illik 24% lizinq mükafatı olmaqla olmaqla 21 fevral 2023-cü il müddətinə qədər vaxt verilir, tərəflərin razılığı ilə bu sazişin müddəti uzadıla bilər.
4. Borclunun tələbkara hər ay ödəməli olduğu minimal məbləğ 1200 (min iki yüz) ABŞ dolları müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 9-u təyin edilir. Həmin gün qeyri iş günü olarsa ödəniş növbəti iş günüdən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir.
5. İlkin ödənişin xx.xx.2022-ci il tarixinə qədər ödənilməsi və ödənişlərin borcun ödənilməsi üçün müəyyən olunmuş möhlət müddətinin istənilən vaxtı 2 (iki) aylıq ödəniş məbləği həcmində gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.
6. Ödənişlər vaxtında yerinə yetirilməzsə, həmin dövrdən mənzilin satışı üçün borcalana 3 ay vaxt veriləcəkdir, əgər bu dövr ərzində də satılmasa bu sazişin şərtlərinin borclu tərəfindən pozulması kimi qiymətləndiriləcək, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.
7. Bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli D066 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.
8. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
9. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.
10. Tam mediasiya sessiyası xərci - 400 manat məbləği Faktor Lizinq MMC ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat Maraqlı şəxs alınaraq Ərizəçinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəhriyar Əliyev