Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6759/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə Ərizəçi Faktor Lizinq MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Faktor Lizinq MMC-nin Maraqlı şəxs qarşı “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Faktor Lizinq MMC Maraqlı şəxs qarşı “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, D072 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasıya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasıya sessiasyası nəticəsində Maraqlı şəxs ilə 21 iyul 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən 21 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 16287 manat ilkin ödəniş etdikdən sonra 134510 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla xx.xx.2022-ci il tarixə qədər vaxt verilir. Sazişdə qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında ərizəçi Faktor Lizinq MMC-nin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 MMC (tələbkar) ilə Maraqlı şəxs (borclu) arasında bağlanmış 9 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, tələbkar 08 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 30 dekabr 2022-ci il tarixinə qədər möhlət verir. Borclu isə bu müddət ərzində borcu tələbkara tam ödəyir. Sazişin 2-ci bəndinə görə müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəh., Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, mənzil 64 // Yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 43, M3, m4 saylı mənzil Borclunun istifadəsində qalır. Sazişin 3-cü bəndinə görə tərəflər razılaşırlar ki 21 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 16287 manat ilkin ödəniş edildikdən sonra 134510 (bir yüz otuz dörd min beş yüz on) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 30 dekabr 2022-ci il tarixə qədər vaxt verilir. Sazişin 4-cü bəndinə görə borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 30 dekabr 2022-ci il tarixə qədər hesablanacaq lizinq mükafatını 30 dekabr 2022-ci il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Sazişin 5-ci bəndinə görə bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir. Sazişin 6-cı bəndinə görə əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırlaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır. Sazişin 7-ci bəndinə görə bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra on geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir. Sazişin 8-ci bəndinə görə tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir. Sazişin 9-cu bəndinə görə tam mediasiyaya dair 400 manat xərci “tələbkar” adlanan Ərizəçi MMC ödəyir. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Sazişin 10-cu bəndinə görə Barışıq sazişi 3 nüsxədə: 1 nüsxə mediasiya təşkilatında və tərəflərin hər birinə vermək üçün tərtib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 MMC (tələbkar) ilə Maraqlı şəxs (borclu) arasında bağlanmış 9 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tələbkar 08 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 30 dekabr 2022-ci il tarixinə qədər möhlət verir. Borclu isə bu müddət ərzində borcu tələbkara tam ödəyir.
2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəh., Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, mənzil 64 // Yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 43, M3, m4 saylı mənzil Borclunun istifadəsində qalır.
3. Tərəflər razılaşırlar ki 21 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 16287 manat ilkin ödəniş edildikdən sonra 134510 (bir yüz otuz dörd min beş yüz on) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 30 dekabr 2022-ci il tarixə qədər vaxt verilir.
4. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 30 dekabr 2022-ci il tarixə qədər hesablanacaq lizinq mükafatını 30 dekabr 2022-ci il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.
5. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.
6. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırlaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.
7. Bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli D072 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra on geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.
8. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
9. Tam mediasiyaya dair 400 manat xərci “tələbkar” adlanan Ərizəçi MMC ödəyir. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.
10. Barışıq sazişi 3 nüsxədə: 1 nüsxə mediasiya təşkilatında və tərəflərin hər birinə vermək üçün tərtib edilir. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 1 (bir) ay keçdikdən sonra qanuni güvvəyə minir.
Hakim Sahibə Hacıyeva