Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-677/2022 31.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil Əndar qızının iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi 10 dekabr 1990-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 övladları vardır. 26 oktyabr 2021-ci il tarixdə həyat yoldaşı X1 qəfildən pisləşmiş və onlar tibbi yardım çağırmışlar. Lakin onlar gələndə həyat yoldaşı artıq vəfat etmişdir. Onun qəbri Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbirstanlığında yerləşir. 04 noyabr 2021-ci il tarixdə X4 ölüm faktının qeydiyyata alınması barədə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Həyat yoldaşı X4 ölüm faktını şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal-hazırda övladları ilə bağlı sənədləşmələrdə ölüm faktının təsdiq edilməsi ilə bağlı şəhadətnamə tələb olunur. Ərizəçi göstərilənləri nəzərə alaraq, həyat yoldaşı X4 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil Əndar qızı ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təcili və X2 7 saylı Yardımçı Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:20-də “həkimə qədər ölüm” qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 04 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi arvadı X4 ölümünün qeydə alınması ilə bağlı şöbəyə ünvanlanmış müraciətə baxılmış və bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən 13 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, mərhumə həyat yoldaşı X6 26 oktyabr 2021-ci il tarixdə vəfat etmiş, 27 oktyabr 2021-ci ildə Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 hər biri ayrı-ayrılıqda 15 aprel 1972-ci il təvəllüdlü X4 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 15 aprel 1972-ci il təvəllüdlü X4 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X4 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15 aprel 1972-ci il təvəllüdlü X4 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-677/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-677/2022
31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver