Məhkəmə qərarları › İş №2(011)-6804/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6804/2025

29.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6804/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ”barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ilə Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01595 saylı "Barışıq Sazişi"-nin məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Elburus oğlu ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-01595 saylı xx.xx.2023-ci il tarixli "Barışıq Sazişi" əsasən X1 Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs Elburus oğlu ilə Cəbrayıl rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 375 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Birgə xx.xx.2018-ci il təvəllüdlü X4 onun (ananın) yanında (himayəsində) nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il tavallüdlü X5 və qalmasına razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü övladlan X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 10-a dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440 (dörd yüz qırx) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdən etibarən ayda dörd dəfə olmaqla hər həftənin şənbə günü (6-cı gün) səhər saat 11:00-dan günorta saat 15:00-a dək (ananının iştirakı olmadan) cavabdeh (atalan) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə) şərait yaradacağına dair öhdəlik götürür. Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən mübahisəsiz qaydada artıraraq aparacağına (ödəyəcəyinə) dair cavabdehin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi Bu sazişi imzalamaqla cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Sum 4 Oksigen binası ünvanında yerləşən və özünə məxsus olan cehiz əşyalarını Bu saziş bağlandıqdan sonra 1 (bir) ay müddətində tam götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Maraqlı şəxs izahatında bildimişdir ki, o barışıq sazişini imzalasa da aliment barədə xəbərdar edilməmişdir, həmçinin saziş bağlansa da, bundan sonra xeyli müddət bir yerdə yaşamışlar, yanvardan bu tərəfə birlikdə yaşamırıq. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatının dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01595 saylı Barışıq Sazişindən görünür ki, 1. Birinci tərəf: Mirzəliyeva X21 Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Cəbrayıl rayon, Qeydiyyat şöbəsində xx.xx.2009. cü il tarixdə № 375 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 va xx.xx.2018-ci il təvəllüdlü X4 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3.Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü övladları X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibaran ona hər ayın 10-a dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440 (dörd yüz qırx) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. 4. Birinci tərəf: Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2023cü il tarixdən etibarən ayda dörd dəfə olmaqla hər həftənin şənbə günü (6-cı gün) səhər saat 11:00-dan günorta saat 15:00-a dək (ananının iştirakı olmadan) ikinci tərəf (ataları) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə) şərait yaradacağına dair öhdəlik götürür. 5.Birinci tərəf: Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən mübahisəsiz qaydada artıraraq aparacağına (ödəyəcəyinə) dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6.Birinci tərəf: Ərizəçi Bu sazişi imzalamaqla İkinci tərəfin Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Sum 4 Oksigen binası ünvanında yerləşən və özünə məxsus olan cehiz əşyalarını Bu saziş bağlandıqdan sonra 1 (bir) ay müddətində tam götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür. 7. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Cəbrayıl rayon, Qeydiyyat şöbəsində xx.xx.2009-cü il tarixdə № 375 qeydi ilə bağlanan ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır 2.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 Birinci tərəf X2 (analarının) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəf Ərizəçi hər ayın 10-a dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440 (dörd yüz qırx) AZN məbləğində aliment ödəməyə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəniləcəyinə dair öhdəlik götürür. 4. İkinci tərəf: Maraqlı şəxs Bu saziş imzalanmaqla Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə xx.xx.2023-cü il tarixdən etibarən ayda dörd dəfə olmaqla hər həftənin şənbə günü (6-cı gün) səhər saat 11:00-dan günorta saat 15:00-a dək (ananının iştirakı olmadan) görüşmələrinə (ünsiyytədə olmalarına) şərait yaradacığına dair Birinci tərəf Ərizəçi öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəfə ödəyəcəyi aliment məbləği üzrə gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini mübahisəsiz qaydada bu dəyişikliyə əsasən artıraraq aparacağına (ödəyəcəyinə) dair öz üzərinə öhdəlik götürür. 6. İkinci tərəf: Maraqlı şəxs Bu saziş imzalanmaqla ona aid Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Sum 4 Oksigen binası ünvanında yerləşən Birinci tərəf Ərizəçi məxsus olan cehiz əşyalarının 1 (bir) ay müddətində tam götürəcəyinə (çıxaracağına) şərait yaradacığına dair öz üzərinə öhdəlik götürür. 7.Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarında olan Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin məcburi köçkünlərin yaşayış yeri haqqında arayışdan görünür ki, Ərizəçi məcburi köçkündür . Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01595 saylı Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır. Ərizəçi barışıq sazişinin təsdiq olunmasını tələb edir. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi). Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmışdır, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi Maraqlı şəxs Elburus oğlu barışıq sazişini imzaladığını bildirmişdir. Eyni zamanda barışıq sazişi qüvvədə olmaqla Maraqlı şəxs Elburus oğlu tərəfindən mübahisələndirilmədiyindən xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 01595 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Barışıq Sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməli olduğundan, iddia təmin edildiyindən və ərizəçi dövlət rüsumu ödəməkdən azad olduğundan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Elburus oğlu tərəfindən Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01595 saylı “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin:

2. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 va xx.xx.2018-ci il təvəllüdlü X4 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3.Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü övladları X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 10-a dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440 (dörd yüz qırx) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.

4. Birinci tərəf: Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdən etibarən ayda dörd dəfə olmaqla hər həftənin şənbə günü (6-cı gün) səhər saat 11:00-dan günorta saat 15:00-a dək (ananının iştirakı olmadan) ikinci tərəf (ataları) Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına (görüşmələrinə) şərait yaradacağına dair öhdəlik götürür. 5.Birinci tərəf: Ərizəçi Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən mübahisəsiz qaydada artıraraq aparacağına (ödəyəcəyinə) dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6.Birinci tərəf: Ərizəçi Bu sazişi imzalamaqla İkinci tərəfin Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Sum 4 Oksigen binası ünvanında yerləşən və özünə məxsus olan cehiz əşyalarını Bu saziş bağlandıqdan sonra 1 (bir) ay müddətində tam götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür.

7. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

2.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 Birinci tərəf X2 (analarının) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəf Ərizəçi hər ayın 10-a dək hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN olmaqla ümumilikdə 440 (dörd yüz qırx) AZN məbləğində aliment ödəməyə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank kartına ödəniləcəyinə dair öhdəlik götürür.

4. İkinci tərəf: Maraqlı şəxs Bu saziş imzalanmaqla Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə xx.xx.2023-cü il tarixdən etibarən ayda dörd dəfə olmaqla hər həftənin şənbə günü (6-cı gün) səhər saat 11:00-dan günorta saat 15:00-a dək (ananının iştirakı olmadan) görüşmələrinə (ünsiyytədə olmalarına) şərait yaradacığına dair Birinci tərəf Ərizəçi öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəfə ödəyəcəyi aliment məbləği üzrə gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini mübahisəsiz qaydada bu dəyişikliyə əsasən artıraraq aparacağına (ödəyəcəyinə) dair öz üzərinə öhdəlik götürür.

6. İkinci tərəf: Maraqlı şəxs Bu saziş imzalanmaqla ona aid Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Sum 4 Oksigen binası ünvanında yerləşən Birinci tərəf Ərizəçi məxsus olan cehiz əşyalarının 1 (bir) ay müddətində tam götürəcəyinə (çıxaracağına) şərait yaradacığına dair öz üzərinə öhdəlik götürür. 7.Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar