Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6833/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh ƏMaraqlı şəxs hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq onun kart hesabına ödənilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya təşkilatında 10 mart 2025-ci il tarixli barışıq sazişi bağlanılaraq birgə nikahlarından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2025-ci il tarixli 2(011)-3599/2025 saylı qərardadına əsasən həmin tarixdən başlayaraq hər uşaq üçün 125 (bir yüz iyirmi beş manat) alimentin Ərizəçi ödənilməsinə razılaşmışlar. Cavabdeh şəxs Maraqlı şəxs 10 mart 2025-ci il tarixli barışıq sazişini icra edir və hər ay təyin olunmuş alimenti ona əldən təslim edir və o, bununla bağlı iradını bildirsə də, alimentin icra üsulu cavabdeh tərəfindən dəyişilməyib. Göstərilənlərə və AR.MPM-nin 305,1.17, 355-23, 355-24, 3555-25-ci maddələrinə əsasən onunla maraqlı şəxs: Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 10 mart 2025ci il tarixli barışıq sazişinin məcburi icra olunması üçün 2-ci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-ci il tarixindən başlayaraq hər uşaq üçün təyin olunmuş 125 (yüz iyirmi beş manat) ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində alimentin X3 ödəyir şərtinin təsdiq edilərək qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, barışıq sazişinin şərtlərini icra edir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də məhkəmə iclas zalında iştirak etməmişdir və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasında imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Barışıq sazişinin icra olunmaması və ya icrasından imtina halları olmadıqda, mediasiya prosesi nəticəsində tərəflərin öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyi eyni məsələ ilə bağlı yenidən məhkəməyə müraciətin olunması Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən istisna edilir. Həmin müddəada göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinin pozulduğu halda, yəni əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün Mülki Prosessual Məcəllənin 40-7-ci fəslinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Hazırki işdən görünür ki, sazişin şərtləri pozulmamışdır, saziş alimentin məhz kart vasitəsilə ödənilməsi şərtini nəzərdə tutmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6833/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6833/2025
29.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver