Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6885/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 24 aprel 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum doğma atası olmuşdur, 24 aprel 2022-ci ildə ailəsi ilə birlikdə evdə olarkən, atası mədəsinin ağrıdığını bildirmişdir, bir müddət sonra onun vəziyyəti pisləşmiş, üzü qızarmışdır, atasının vəziyyəti pisləşən zaman dərhal təcili tibbi yardıma zəng etmiş, həmçinin əmisinə və nənəsinə məlumat vermişdir, onlar gələn zaman atası hələ də sağ olmuşdur, daha sonra təcili tibbi yardım gəlmiş, ona tibbi yardım göstərmiş, ürək masajl etmiş, lakin daha sonra atasının artıq keçindiyini bildirmişdirlər, atası səhər saat 4 radələrində vəfat etmişdir, xəbərdarlıq vərəqəsində də göstərilmişdir ki, həkim həkiməqədər kişi cinsinə məxsus meyid aşkar etmişdir, ölüm haqqında şəhadətnamənin alınması məqsədilə poliklinikaya, qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sənədi alması mümkün olmamışdır, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1978-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qardaşı olmuşdur, ərizəçi isə qardaşı oğludur, səhərə yaxın ona zəng gəlmiş, bildirmişlər ki, qardaşının vəziyyəti pisdir, onun xəstəliyi olmamışdır, ani ürəktutmasından vəziyyəti pisləşmişdir, özü təcili tibbi xidmətin həkimi ilə eyni vaxtda evə girmişdir, həkimlər ilkin tibbi yardım göstərmiş, lakin onu xilas etmək mümkün olmamışdır, qardaşı vəfat etmişdir, səhəri gün isə onu el adəti ilə Bakı şəhərində Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1977-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum həyatı yoldaşı olmuşdur, ərizəçi isə oğludur, yoldaşı bu ilin aprel ayının 24-də səhərə yaxın saat 4-də vəfat etmişdir, xəstə olmamışdır, anidən vəziyyəti pisləşmişdir, ürəktutmasından vəfat etmişdir, onu Bakı şəhərində Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1957-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, özü molladır, ərizəçinin atasının yas mərasimini keçirmişdir, mərhumu Dədə Qorqud qəbirstanlığında dəfn etmişdirlər. İş materiallarında olan AZE seriyalı 09096702 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022ci il tarixdə, saat 4:18-də ünvan 1 ünvanında, X3 həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:08-də Sarayev 18, mənzil 20 ünvanına X1 adına gələn həkim Məmmədov Vaqif həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 108 №-li məktubun surətindən görünür ki, 1972-ci il təvəllüdlü X3 ölümün səbəbi məlum olmadığına görə ölüm haqqında sənəd (Forma 106) verilə bilmir. İş materiallarında olan İ-AZ seriyalı 197383 №-li Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi, xx xxxx 2000-ci ildə anadan olmuşdur, onun atası X6, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05\Q-742\15 saylı məktubunun surətindən görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 210 №-li arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Dədə Qorqud qəbirstanlığında yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh olan 6 nömrəli Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1972-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında vəfat etmiş, Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 oktyabr 1972-ci il təvəllüdlü X1 24 aprel 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6885/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6885/2022
21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver