Məhkəmə qərarları › İş №2(011)-6940/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6940/2024

29.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6940/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01318 saylı “Barışıq Sazişi”nin alimentə aid hissəsində məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-01318 saylı xx.xx.2024-ci il tarixli '‘Barışıq Sazişi”nə əsasən bu sazişi imzalamaqla bu sazişi imzaladıqdan sonra Maraqlı şəxs ilə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə № 1722 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə), Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəlüdllü X5 və xx.xx.2013-cu il təvəlüdllü X1 ananın yanında (himayəsində) qalmasına, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəlüdllü X2 və xx.xx.2013-cu il təvəlüdllü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs ərizəçiyə xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin ödilməsinə, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2011- ci il təvəlüdllü X2 və xx.xx.2013-cü il təvəlüdllü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğinin gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, alimentin məbləği bu dəyişikliyə əsasən aparalacağına, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəlüdllü X5 və xx.xx.2013-cu il təvəlüdllü X4 ilə uşaqların mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmadan Maraqlı şəxs ünsiyyətdə olmasına şərait yaradacağına razılaşmışlar. Ancaq Maraqlı şəxs “Barışıq Sazişi”nin şərtlərinə əməl etməyərək alimenti ödəməkdən boyun qaçırır və ödəmir. Belə ki, hər ay 470 olduğu halda 200 manat bir və 300 manatda bir ödəmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01318 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra Ərizəçi ilə Bakı şəhəri, Xətai rayonu, Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə № 1722 qeydi ilə bağlanan nikahın pozulmasına razıdır. Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 Ərizəçi yanında qalmalarına razıdır. Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Maraqlı şəxs bu saziş imzalandıqdan sonra Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi ödəyəcəyi aliment məbləği gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öhdəlik götürmüşdür. Maraqlı şəxs bu saziş imzalandıqdan sonra Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə uşaqların mənafeyi nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına Ərizəçi şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi 25 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01318 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində 25 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01318 nömrəli Barışıq sazişi yalnız alimentin ödənilməsi ilə bağlı hissədə təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X6 arasında mediasiya prosesi nəticəsində 25 iyun 2024-cü il tarixli, MŞB/8/2024-01318 nömrəli Barışıq sazişi yalnız alimentin ödənilməsi ilə bağlı hissədə aşağıdakı şərtlərlə təsdiq edilsin: 1 "İkinci tərəf" Maraqlı şəxs “birinci tərəf” Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar