Məhkəmə qərarları › İş №2(011)-6956/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6956/2025

05.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6956/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ilə Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/16-01161 saylı Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edəsiniz. Ərizə onunla əsaslandırılmışdır ki, mən Maraqlı şəxs ilə nikaha daxil olmuşam. Bizim nikahımız 27 yanvar 2011-ci il tarixində Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsində bağlanmış 18 saylı akt qeydi ilə qeydə alınmışdır.Birgə nikahdan 04 noyabr 2015-ci il təvəllüdlü X7 və 10 mart 2012-ci il təvəllüdlü X8 adlı iki övladımız dünyaya gəlmişdir. Ailə qurduğumuz ilk vaxtlarda münasibətlərimiz normal olsa da sonradan münasibətlərimiz pozulmuşdur. Ona görə də Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə bizim nikahımız pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırım ki, aramızda Baki 16 saylı Mediasiya təkilatında Barışıq sazişi bağlanmış, həmin sazişin şərtlərinə görə Birgə nikahdan doğulmuş 04 noyabr 2015-ci il təvəllüdlü X2 və 10 mart 2012-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit Məhkəmənin nəzərinə çatdırım ki, maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etmir. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər, bununla belə, ərizəçinin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər X5 və X6 arasında xx.xx.2023-cü il tarixli MŞB/16- 01161 saylı Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır. Barışıq Sazişinin şərtlərinə görə, 1. Tərəflər xx.xx.2011-ci il tarixində Naxçıvan şəhəri Şərur rayonu qeydiyyat şöbəsində 18 №-li nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər. 2. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş X4 və X2 anası, Ərizəçi yanında qalmasına etiraz etmir. 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvvəllüdlü X4 və xx.xx.2015-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə ( Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat, alimentin ödəməsini öz öhdəsinə götürür. 4. Alimentin ödənilməsi iyun ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir. Məhkəmə qeyd edir ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi). Ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş etdiyindən, saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmadığından, barışıq sazişi qüvvədə olmaqla maraqlı şəxs tərəfindən mübahisələndirilmədiyindən və maraqlı şəxs də buna etiraz etmədiyindən müəyyən hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi müəyyən hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli MŞB/16-01161 saylı “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin:

2. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş X4 və X2 anası, Ərizəçi yanında qalmasına etiraz etmir.

3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvvəllüdlü X4 və xx.xx.2015ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1ci tərəfə (Ərizəçi), hər ay 220 (iki yüz iyirmi) manat, alimentin ödəməsini öz öhdəsinə götürür.

4. Alimentin ödənilməsi iyun ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir.

Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar