Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6963/2021 23.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.11.1949-cu ildə anadan olmuş atası X3 07.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş atası X6 07.05.2021-ci il tarixində vəfat etmişdir. Ölüm faktının müəyyən olunmasına dair təcili-tibbi yardıma müraciət olunmuş, kişi cinsli meyid (həkimə qədər ölüm) diaqnozu qoyulmuşdur. Bundan sonra, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün qeydiyyatda olduğu ünvan üzrə 38 nömrəli Şəhər Poliklinikasına müraciət olunmuş, lakin, ölüm haqqında tibbi şəhadətnamənin verilə bilməməsinə dair imtina məktubu verilmişdir. Bundan başqa, 28.08.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon Qeydiyyat X1 ölümünün qeydə alınması ilə bağlı müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müyyən edilməsi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 mərhumun arvadı olduğunu, onun 07.05.2021-ci ildə vəfat etdiyini və Quba rayonu Birinci Nügədi kənd qəbirsanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində mərhumun qonşusu olduğunu göstərərək, onun 07.05.2021-ci ildə vəfat etdiyini və Quba rayonu Birinci Nügədi kənd qəbirsanlığında dəfn olunduğunu, özünün də dəfn mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası qrafasında X6 qeyd olunmuşdur. Quba rayon Nügədi İƏD üzrə Nümayəndəliyinin 30.08.2021-ci il tarixli arayışından və əlavə olunmuş fotoşəkillərdən görünür ki, X6 07.05.2021-ci il tarixdə vəfat edib və Quba rayonu Birinci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. 38 nömrəli Şəhər poliklinikasının 28.08.2021-ci il tarixli 300 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum atası X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə müraciətinə imtina edilmişdir. Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 28.08.2021-ci il tarixli 3023-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum atası X3 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi Ərizəçi atası, 03.11.1949-cu ildə anadan olmuş X3 07.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.11.1949-cu ildə anadan olmuş X3 07.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6963/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6963/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver