Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6967/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozunda 169A saylı evdə xx.xx.2023-cü ildə vəfat etmiş X2 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum X6 onun anası olmuşdur, anası bir müddət idi ki, xəstə olmuşdur, onlarla birlikdə İnqilab İsmayılov küçəsin 279 ünvanındakı həyət evində yaşayırdı, xx.xx.2023-cü il tarixdə saat 4 radələrində evdə vəfat etmiş, növbəti gün X5 dəfn olunmuşdur, həmin vaxt başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət edə bilməmişlər, o, bununla bağlı 6 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi sənəd olmadığı üçün şəhadətnamənin verilməsi mümkün olmamış, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Mərhum anası X2 ölüm faktını təsdiq etmək üçün X8 və X1 şahid qismində məhkəmədə ifadə verəcəkdir. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzinə məlumat verilmiş, maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğu ilə əlaqədar işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1971-ci il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum X2 oğlu Fuad ilə yaxın dost olmuşdur, mərhum xəstə idi, xəstəliyi ilə əlaqədar bir neçə dəfə mərhumu xəstəxanaya da aparmışdır, avqustun 16-da saat təxminən 5-6 radələrində məlumatı olmuşdur ki, X6 vəfat edib, mərhumu X5 dəfn ediblər. Məhkəmə iclasında xx.xx.1995-ci il təvəllüdlü X1 şahid qismində iştirak edərək bildirdi ki, mərhumun nəvəsidir, nənəsi xəstə olduğu üçün onlarda qalırdı, avqustun 16-da saat 3-4 radələrində vəfat etdi, bir gün sonra Suraxanıda X5 dəfn ediblər. İş materiallarında olan AZE seriyalı 07035400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cİ il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan 405662 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə anadan olmuş, anası X3r. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin 3- 16-5/8-15-1817/2023 saylı məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü vətəndaş X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 119 nömrəli cavab məktubundan görünür ki, Zığ Sağlamlıq Mərkəzinə xx.xx.2023-cü il tarixində Ərizəçi müraciət etmişdir. Müraciətin səbəbi X4 Forma-106 yazılmağı barəsindədir. X6 şəxsiyyət vəsiqəsində ünvanı Azərbaycan, Şəmkir ray., Çinarlı qəsəbəsidir. Lakin ünvan 2 ünvanında yaşamışdır. Zığ Sağlamlıq Mərkəzinə hər hansı bir xəstəliklə müraciət etməmiş və heç bir zaman qeydiyyatda olmamışdır. Zığ Sağlamlıq Mərkəzində Forma-106 verilməsi imkan xaricindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Xətai rayonu, İ.İsmayılov 279 (həyət evi) ünvanına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “həkimə qədər ölüm faktı” qeyd edilmiş, ölümün ilkin səbəbi barədə poliklinikaya müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Suraxanı rayou Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 354 №li arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və X5 dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, X5 dəfn olunmuşdur, ərizəçi mərhumun qızıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6967/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6967/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver