Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7001/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 1969-cu ildə anadan olmuş X5 17 iyul 2024-ci ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X8 ilə 2016-cı ildə faktiki nikaha daxil olmuşdur. Faktiki nikahdan 31 yanvar 2017-ci il təvəllüdlü X9 adlı qızı olmuşdur. Onlar ayrı yaşamışlar. Avqust ayında ərizəçi xəbər tutmuşdur ki, X8 17 iyul 2024-cü ildə vəfat etmiş və 18 iyul 2024-cü ildə Abbas Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 8ci sektorunda dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ arayışına əsasən ünvan 1 ünvanından X11 çağırış edilmişdir. Daha sonra ərizəçi 2 saylı şəhər poliklinikasına müraciət edərək X5 ölümü barədə arayış (F-106) verilməsini xahiş etmişdir. Baxmayaraq ki, ərizəçi şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə təqdim etsə də, oradan ərizəçiyə rədd cavabı verərək şifahi bildirmişlər ki, X5 ölmünün səbəbi müəyyən etmək mümkün olmadığına olüm haqqında arayışı vermək mümkün deyil. Bundan sonra ərizəçi Səbail rayon Qeydiyyat X1 ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Burada da ərizəçiyə rədd cavabı verərək bildirdilər ki, ölüm haqqında tibbi arayışı olmadığına görə ölümü qeydə almaq mümkün deyil və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hüquqi faktların əhəmiyyəti ondan ibarətdir ki, onların əsasında müxtəlif orqanlar və vəzifəli şəxslər vətəndaşların və təşkilatların subyektiv hüquqlarının yaranması, dəyişməsi və ya ləğvi barədə fikir irəli sürürlər. Adətən, hüquqi faktların mövcudluğu müvafiq sənədlərlə və ya digər yazılı aktlarla təsdiqlənir. Lakin hüquqi fakt heç də həmişə təsdiqlənə bilmir. Belə hallar üçün, hüquqi faktların müəyyən edilməsinin məhkəmə qaydası nəzərdə tutulur. Ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti var. Həmin faktın müəyyən edilməsi, X5 ölməsi barədə ölüm haqqında şəhadətnaməsinin alınması, uşağına ailə başçısının itirilməsinə görə pensiya (müavinət) təyin edilməsi və sonradan X3 qalan mirası vərəsəlik qaydasında keçirilməsinə gətirib çıxarır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə maraqlı şəxs qismində Xətai rayon Qeydiyyat Şöbəsinin cəlb edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X8 18 sentyabr 1969-cu il tarixdə anadan olmuşdur. Ərizəçinin X8 ilə birgə münasibətlərindən 31 yanvar 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X2 Esmira Vidadi qızından doğulmuş 31 yanvar 2017-ci il təvəllüdlü X7 atası hesab edilmiş və bundan sonra uşağa doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, 17 iyul 2024-cü il tarixində X5 yaşadığı ünvandan çağırış daxil olmuş, ünvanda meyit aşkarlanmış, meyit polisə təhvil verilmişdir. İş materiallarında olan Maraqlı şəxs 13 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ona ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan Yasamal bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 18 iyul 2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 8-ci sektorunda dəfn edilmişdir. Ərizəçi hazırda uşağına ailə başçısının itirilməsinə görə pensiyanın (müavinət) təyin edilməsi və sonradan X3 qalan mirasın vərəsəlik qaydasında qəbul edilməsi üçün ölüm haqqında şəhadətnamənin alınmasının zəruri olduğunu qeyd edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi övladının atasının ölməsinə dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin fakt ona ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 sentyabr 1969-cu il tarixdə anadan olmuş X5 17 iyul 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 sentyabr 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 17 iyul 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7001/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7001/2024
08.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver