Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7030/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin etməklə onunla Maraqlı şəxs arasında Mediasiya prosesi nəticəsində imzalanmış 14 sentyabr 2022-ci il tarixli, MŞB/11- 00872 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2022-ci il tarixli MŞB/11-00872 saylı mediasiya prosesi zamanı bağlanılan Barışıq Sazişi-nin 2.1, 2.2, 2.3-cü bəndlərinə əsasən Quliyev X4 Sazişi imzalandıqdan sonra sazişin tələblərini yerinə yetirmir. Barışıq Sazişinin 2.1-ci maddəsinə əsasən tərəflər 13 oktyabr 2017-ci il tarixdə bağlanan 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2917 nömrəli qeyd ilə rəsmiləşən nikahı məhkəmə qaydasında pozmağa razılaşdılar. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Maraqlı şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsinə keçməsinə etiraz etmir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 5-nədək ayda cəmi 193 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürür. Həmin Sazişin 2.4-cü bəndinə əsasən birinci tərəf övladları xx.xx.2017-ci il təvəllüdlü X2 ikinci tərəflə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 19:00-dək və həftənin istənilən günləri saat 19:00- 20:00 arası telefonla ünsiyyət qurmağa maneçilik törətməməyi öz öhdəsinə götürür. Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 8-ci bəndinə əsasən Sazişin könüllü icrasından imtina olunsa, Tərəf məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi maraqlı şəxs 14 sentyabr 2022-ci il tarixli MŞB/11- 00872 saylı barışıq sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli, MŞB/11-00872 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər 13 oktyabr 2017-ci il tarixdə bağlanan 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2917 nömrəli qeyd ilə rəsmiləşən nikahı məhkəmə qaydasında pozmağa razılaşmışlar, həmin sazişin 2.2-ci bəndinə əsasən Maraqlı şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsinə keçməsinə etiraz etmir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 5-nədək ayda cəmi 193 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürür. Həmin Sazişin 2.4-cü bəndinə əsasən birinci tərəf övladları xx.xx.2017-ci il təvəllüdlü X2 ikinci tərəflə hər həftənin şənbə günü saat 11:00dan bazar günü saat 19:00-dək və həftənin istənilən günləri saat 19:00- 20:00 arası telefonla ünsiyyət qurmağa maneçilik törətməməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2022-ci il tarixli, MŞB/11-00872 nömrəli Barışıq sazişin şərtləri qanuna ziddir və mediator tərəfindən bir neçə orqanının səlahiyyətlərinə aid məsələlər həll edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.4-cü bəndinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2022-ci il tarixli MŞB/11-00872 nömrəli Barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər həmin şərtlərə ailə qanunvericiliyinin məhkəmənin səlahiyyətinə aid etdiyi məsələləri daxil etmişdirlər. Halbuki, nikahın pozulması, uşaqların himayəyə verilməsi məsələsi yalnız məhkəmə tərəfindən qəyyumluq orqanının rəyi alınmaqla həll olunan məsələlərdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2022-ci il tarixli, MŞB/11-00872 nömrəli Barışıq sazişinin şərtləri qanuna zidd olduğundan Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 sentyabr 2022-ci il tarixli MŞB/11-00872 nömrəli Barışıq sazişin təsdiq edilməsindən imtina edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7030/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7030/2022
14.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver