Məhkəmə qərarları › İş №2(011)-7059/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7059/2024

14.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7059/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış 15 may 2024-ci il tarixli MŞB/8/2024-00967 saylı “Barışıq Sazişi”-nin alimentə aid hissəsinində məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiva Təşkilatının MŞB/8/2024-00967 saylı 15 may 2024-ci il tarixli “Barışıq Sazişi”nə əsasən birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 30 yanvar 2016-cı tarixdə 16 nömrəli qeydlə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları 10 aprel 2017-ci il təvəllüdlü X1 və 25 may 2019-cu il təvəllüdlü X3 (ananın) yanında (himayəsində) qalmasına razıdır. Birinci tərəf: Ərizəçi ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları 10 aprel 2017-ci il təvəllüdlü X1 və 25 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 iyun 2024-cü il tarxindən başlayaraq ikinci tərəfin ona hər ayın 10-dan 15-dək hər uşaq üçün 235 manat ümumilikdə iki uşağa 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları 10 aprel 2017-ci il təvəllüdlü X4 və 25 may 2019-cu il təvəllüdlü X6 ilə (uşağın mənafeyi nəzərə alınaraq) ikinci tərəf (atası) Maraqlı şəxs ilə (ananın iştirakı olmadan) 15 may 2024-cü il tarixindən etibarən hər həftənin 6-cı (şənbə) günü səhər saat 11:00-dan bazar günü axşam saat 19:00-a (gecəni qalmaq şərti ilə) ünsiyyətdə olmasına (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə İ gün əvvəldən telefon vasitəsi ilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərti ilə) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Birinci tərəf: X2 bu sazişi imzalamaqla öz üzərinə öhdəlik götürür ki, yetkinlik yaşına çalmayan övladları 10 aprel 2017-ci il təvəllüdlü X4 və 25 may 2019-cu il təvəllüdlü X6 ilə ünsiyyətdə olduğu zaman (uşağın psixoloji vəziyyətinə təsir edəcək hallara yol verməyəcək) digər valideyinə qarşı şərəf və ləyaqəti alçaldan və təhqiredici ifadələr istifadə etməyəcək, bunu etdiyi təqdirdə (əks halda) onu Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət gözlədiyi barədə xəbərdar olundu və buna etiraz etmir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 15 may 2024-cü il tarixli, MBŞ/8/2024-00967 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları 10 aprel 2017-ci il təvəllüdlü X1 və 25 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 iyun 2024-cü il tarxindən başlayaraq hər ayın 10-dan 15-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə iki uşağa 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Ərizəçi hazırda maraqlı şəxsin aliment ödəmədiyini bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 15 may 2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 15 may 2024-cü il tarixli, MBŞ/8/2024-00967 nömrəli barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, maraqlı şəxdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 15 may 2024-cü il tarixli, MBŞ/8/2024- 00967 nömrəli Barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin:

1. Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları 10 aprel 2017-ci il təvəllüdlü X1 və 25 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 iyun 2024-cü il tarxindən başlayaraq hər ayın 10-dan 15-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə iki uşağa 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.

Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar