Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7060/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, m 24-dən çıxarılması, mənzilin boşaldılması və X2 həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə X5 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə özünü, yəni iddiaçını əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə X3 əvəzinə onun əsl iddiaçı kimi əvəz edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Nizami rayonu İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli orderi əsasında ünvan 1 ünvanındakı 24 saylı mənzil yoldaşı X4 verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1, m.24-ə onun adına ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Ölkədə baş vermiş Qarabağ-Ermənistan müharibəsi zamanı Şuşa rayonundan olan məcburi köçkünlər tərəfindən İddiaçı mülkiyyətində olan mənzil qanunsuz olaraq zəbt edilmişdir. Hal-hazırda Cavabdeh həmin 3 otaqlı mənzildə tək yaşayır. Onlar 3 ailə birlikdə 2 otaqlı mənzildə çox acınacaqlı vəziyyətdə yaşayır, özü könüllü olaraq | Qarabağ müharibəsi iştirakçısıdır, veteranıdır, oğlu Abdullayev Rüfət isə könüllü olaraq İİ Qarabağ müharibəsi iştirakçısıdır. Ona məxsus olan mənzili zəbt edən məcburi köçkünlərə dəfələrlə müraciət etmişlər, lakin onlar mənzili tərk etməyiblər ki, bu da mülkiyyətçi kimi onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə artıq 30 ildən çoxdur ki, mane olur. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiesi haqqında 21 may 1999-cu il tarixli qanunun 2-ci maddəsi aşağıdakıları nəzərdə tutur: "Xarici hərbi təcavüz, müəyyən ərazilərin i.ğalı və ya mütəmadi atəş altında saxlanmasınəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab edilirlər." Həmin qanunun 5-ci maddəsi aşağıdakıları nəzərdə tutur: "Məcburi köçkünlərin meckunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümükün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümükün olmadıqda və məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün ya müəyyən yaşayış xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. ...Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, diger şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Bele hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər." Lakin 30 ildən artıq müddətdir ki, mülkiyyətində olan mənzilin zəbt olunması onların hüquqlarını pozsa da məcburi köçkünlər mənzil ilə təmin olunmamışlar. Artıq müharibə bitmiş ve Şuşa azad olmuşdur. Lakin mənzilimizdə yaşayan xanım mənzili tərk etmir. Onun mülkiyyətçi kimi öz mənzilinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə başqa şəxslərin sahibliyinə yol verməmək, ona məxsus əmlak barəsində öz mülahizəm ilə istənilən hərəkətləri etmək hüququ vardır. Lakin cavabdehin həmin mənzildə yaşaması onun mülkiyyət hüquqlarımı kobud şəkildə pozur. Ona görə də, həmin qadının əşyaları ilə birlikdə ordan çıxarılmasını və özlərinin həmin mənzilə köçürülməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh müəyyən edilmiş qaydada xəbər edilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 69,33 kv.m olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 24 (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlınski küçəsio, 349, M2, m2) xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan 99 saylı MKİS tərəfindən verilmiş Arayışdan görünür ki, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, m 24-də Şuşa rayonundan məcburi köçkün olan Cavabdeh (1965) müvəqqəti qeydiyyatdadır, yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər X5 və İddiaçıdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 24 (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlınski küçəsio, 349, M2, m2) xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2023-cü il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh X1 rayonundan məcburi köçkün olmaqla qeyd edilən ünvanda müvəqqəti məskunlaşmışdır, lakin həmin ünvanda qeydiyyatda deyil. Bununla belə, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahsiəli ünvanda yaşaması mülkiyyətçinin – iddiaçının hüquqlarının əsassız olaraq pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, cavabdeh mübahsiəli mənzildən çıxarılmalı və iddiaçı və arvadı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zülfəli Hüseynov Azərbaycana qarşı” işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hərhansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, məhkəmədə müəyyən edilməmişdir...Ərizəçi həddən artıq fərdi yük daşımağa məcbur edilmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarda orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 24-dən (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlınski küçəsio, 349, M2, m2) çıxarılmalı, mənzil boşaldılmalı, iddiaçı və arvadı həmin mənzilə köçürülməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 24-dən (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlınski küçəsi, 349, M2, m2) çıxarılsın və həmin mənzil boşaldılsın. İddiaçı və X5 Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, ev 1, mənzil 24-ə (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlınski küçəsi, 349, M2, m2) köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7060/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7060/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver