Məhkəmə qərarları › İş №2(011)-7067/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7067/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7067/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X3 övladıdır. Nadir Quliyev xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

2. Bakı şəhəri Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 21:25 radələrində ünvan 1 ünvanında X3 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. X6 xx.xx.2023-cü il tarixdə Dağüstü 1 qəbirstanlığının 1-ci sektorunda dəfn olunmuşdur (Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1205 saylı Arayışı).

4. Ərizəçi atasının ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ Zığ Sağlamlıq Mərkəzi xx.xx.2023-cü il tarixli, 125 nömrəli arayışla X1 poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin (106 nömrəli forma), habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8/2xx/xx/2023 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

5. Ərizəçi xx.xx.1972-cü il tarixdə doğulmuş atası X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum X6 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün xx.xx.2023-cü il tarixdə Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına şəhadətnamə verilməmişdir.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

9. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçinin atasının dostu olmuşdur. Nadir Quliyevin oğlu 2023-cü ilin iyul ayında oğlu ona zəng edərək atasının vəziyyətinin pis oluğunu bildirmişdir. Sonrada, vəfat etdi, Nadir Quliyevin dəfn mərasimində özü iştirak etmişdir.

11. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçinin həm qohumu, həm də qonşusudur. Ərizəçinin atasını da tanıyırdı, ərizəçinin qardaşı ona zəng edib atasının vəziyyətinin pis olduğunu bildirmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

13. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

15. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

17. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 xx.xx.2023-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

19. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2023-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixində Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar