Məhkəmə qərarları › İş №2(011)-7091/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7091/2022

11.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7091/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi MMC mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışıdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli, D084 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiasiyası nəticəsində Maraqlı şəxs ilə 10 oktyabr 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 20808 (iyirmi min səkkiz yüz səkkiz) manat ilkin ödəniş edildikdən sonra 112140 (yüz on iki min yüz qırx) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 9.3.1-cü maddəsinə əsasən Tərəflərin barışıq sazişinin icrasını təmin etmək vəzifəsi vardır. Həmin Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında ərizənin mahiyyətinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı hesab edilərək Ərizəçi MMC ilə Maraqlı şəxs arasında ağlanılmış 10 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli, D084 saylı lizinq müqaviləsinnə görə Lizinq verən satıcıdan əldə edəcəyi Bakı şəhəri, Xətai rayonu, Yeni Salyan yolu, ev 16, giiş 2, mənzil 99 nvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini Lizinq verənnə ödəməyi öhdəsinə götürür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 120000 (bir yüz iyirmi min) manat müəyyən edilir. İş materiallarında olan Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X3 tərəfindən təsdiq edilmiş 10 oktyabr 2022-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər 24 sentyabr 2021-ci il tarixli, D084 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə dair mübahisə üzrə aşağıda göstərilən barışığın şərtləri barədə razılaşmışdırlar: - tələbkar 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 10 oktyabr 2023-cü il tarixinə qədər: möhlət verir. Borclu bu müddət ərzində borcu Tələbkara tam ödəyir; - müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni səlyan yolu, ev 10, giriş 2, mənzil 99, Çıxarışı: 11, Sahəsi: 112,90 m2 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır; - tərəflər razılaşırlar ki 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 20808 (iyirmi mir səkkiz yüz səkkiz) manat ilkin ödəniş edildikdən sonra 112140 (yüz on iki min yüz qırx) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir; - borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 10768 (on min yeddi yüz altmış səkkiz) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 10-u təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günüdən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır; - borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 10 oktyabr 2023-cü il tarixinə qədər hesablanacaq lizinq mükafatını 10 oktyabr 2023-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır; - bu sazişin 3-cü və 4-cü bədnlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlər qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq Sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir; - əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlər müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır; - bu sazişlər müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli D084 saylı daxili lizinq müqaviləsi ləğv edilir; bundan sonra ən geci 5 iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin borclunun mlükiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir; - tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması sazişin məcburi icra qaydasında icrası üçün əsasdır;icra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən həyata keçiriləcəkdir; - borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqadar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir; - barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında 10 oktyabr 2022-ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən tərəflər tələbkar 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 10 oktyabr 2023-cü il tarixinə qədər möhlət verir, Borclu bu müddət ərzində borcu Tələbkara tam ödəyir, müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni səlyan yolu, ev 10, giriş 2, mənzil 99, Çıxarışı: 11, Sahəsi: 112,90 m2 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır, Tərəflər razılaşırlar ki 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 20808 (iyirmi mir səkkiz yüz səkkiz) manat ilkin ödəniş edildikdən sonra 112140 (yüz on iki min yüz qırx) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə müəyyən edilmiş şərtləri icra etməkdən imtina etmişdir. Bu hal, işdə iştirak edən şəxsin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 10 oktyabr 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X3 tərəfindən təsdiq edilmiş 10 oktyabr 2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: • tələbkar 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 10 oktyabr 2023-cü il tarixinə qədər: möhlət verir. Borclu bu müddət ərzində borcu Tələbkara tam ödəyir; • müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni səlyan yolu, ev 10, giriş 2, mənzil 99, Çıxarışı: 11, Sahəsi: 112,90 m2 olar daşınmaz əmlak Borclunun istifadəsində qalır; • tərəflər razılaşırlar ki 24 sentyabr 2021-ci il tarixli, D084 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 20808 (iyirmi mir səkkiz yüz səkkiz) manat ilkin ödəniş edildikdən sonra 112140 (yüz on iki min yüz qırx) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) aylıq ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir; • borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 10768 (on min yeddi yüz altmış səkkiz) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 10-u təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günüdən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır; • borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 10 oktyabr 2023-cü il tarixinə qədər hesablanacaq lizinq mükafatını 10 oktyabr 2023-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır; • bu sazişin 3-cü və 4-cü bədnlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlər qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq Sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir; • əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlər müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır; • bu sazişlər müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli D084 saylı daxili lizinq müqaviləsi ləğv edilir; bundan sonra ən geci 5 iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin borclunun mlükiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir; • tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması sazişin məcburi icra qaydasında icrası üçün əsasdır;icra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən həyata keçiriləcəkdir; • borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqadar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir; • barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar