Məhkəmə qərarları › İş №2(011)-7111/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7111/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7111/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 1989-cu il tarixdə doğulmuş oğlu X1 1989-cu il tarixdə Naxçıvan şəhərində ölməsinə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 1989-cu il tarixində Naxçivan şəhərində anadan olmuşdur. O, 1989-cu il tarixində qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Naxçivan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum oğlu X1 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan İV-ЖГ seriyalı 366743 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 18 fevral 1989-cu il tarixində anadan olmuşdur, onun atası X5, anası isə X2r. İş materiallarında olan Naxçivan Respublikası Dövlət Arxivinin 13/962 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Naxçıvan şəhər Doğum Mərkəzinin sənədlərinə baxdıqda müəyyən oldu ki, ana Abbasova (Həsənova) Esmira Nadir qızının xx.xx.1989-cu il tarixində çəkisi 2400, boyunun ölçüsü 46 sm., başının ölçüsü 33 sm olan oğlan uşağını dünyaya gətirməsi və xx.xx.1989-cu il tarixində həmin uşağın reanimasiya şöbəsində vəfat etməsi yeni doğulanların qeydiyyatı kitabında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçivan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evinin 08 avqust 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, X1 xx.xx.1989-cu ildə öldüyünə dair Naxçivan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçivan MR Naxçivan şəhəri İcra Hakimiyyəti vətəndaşlara dəfn xidməti bürosunun 08 avqust 2024-cü il tarixli arayışından məlum olur ki, X3 25 fevral 1989-cu il tarixində Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında qeyd etmişdir ki, o, ərizəçinin bacısıdır. Uşaq xx.xx.1989-cu il tarixində doğulmuşdur. Doğulduğu vaxt zəif idi, çəkisi az idi. 25 fevralda isə həkimlər dedilər ki, uşaq rəhmətə gedib. Uşağı Naxçıvan şəhərində dəfn etdilər. Ərizəçilərin səhlankarlığı olub ki, uşağın ölümünü qeydiyyata aldırmayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun dayısının yoldaşıdır. Onların uşağı 1989-cu ilin fevral ayının 19-su dünyaya gəlmişdir. Bir həftədən sonra uşağın rəhmətə getdiyini eşitdilər, lakin səbəbini bilmədilər. Hadisə Naxçivan şəhərində baş vermişdir, uşaq da orada dəfn olunmuşdur. Uşağın ölümünü niyə qeydiyyata aldırmayıblar, bilmir. Fikirləşir ki, ya həkimlərin səhlənkarlığı olub, başa salmayıblar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.1989cu il tarixində Naxçivan MR Naxçivan şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.1989-cu il tarixində Naxçivan MR Naxçivan şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 fevral 1989-cu il tarixində Naxçivan MR Naxçivan şəhərində anadan olmuş X3 xx.xx.1989-cu il tarixində Naxçivan MR Naxçivan şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar